Avropa Azərbaycanda

Bakıda Norveçli fotoqrafın "Osloda On-Line" adlı sərgisi keçirilib

2018/03/12 / 275

11 mart 2018 ildə Landmark Hotel Bakunun Rotunda zalında Norveçin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan Norveç fotoqrafı,bizim həmyerlimiz Fariz Nadir Rzayevin şəkil sərgisi açıldı.

Tədbirdə mədəniyyət və incəsənət xadimləri, diplomatik missiyaların nümayəndələri, ziyalılar iştirak ediblər.

Açılış mərasimində Norveçin Azərbaycandaki səfiri Bord İvar Svendsen Azərbaycan dilində cıxış edib. Norveç və Azərbaycan ikitərəfli mədəni əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədər  hamını təbrik edib.

27 yaşlı Fariz Nadir Rzayev, artıq on ildir ki Norveçde yaşayır və çalışır. O Norveç vətəndaşıdır, Bilder Nordic School of Photography məktəbinin məzunudur və "2014 Norveç fotoqrafı" mükafatçısıdır. 2015-ci ildə o, məşhur dizayner və fəlsəfə doktoru Gülnarə Xəlilova ilə birlikdə layihə hazırlayır. Layihə çərçivəsində Azərbaycan milli paltarlarının Avropada  təşviq etdirən kataloqu hazırlanır.

Bu dəfə o Oslodan Bakiya öz fotoşəkillərini təqdim etmək məgsədi ilə gəlir. Fotoşəkillərdə Norveç paytaxtı arxitekturası Farizin gözü ilə təgdim edilir. 


"Elə şəhərlər var ki, onların nə qədər gözəl və rahat oldugunu heç aglına belə gətirmirsən.On ildir yaşadıgım və çalışdığım Oslo mənim üçün məhz bu cür şəhərdir. Mən Oslonun sehrli memarlıqa aşiqəm, binaların simmetriya, kontrast, mütənasib xətləri  məni bu layihəni yaratmaga ruhlandırdı.Oslonun qeyri-adi gözəllikini fotoşəkillərim vasitəsi ilə bakılılara və şəhərimizin qonaqlarına çatdırmaq istəyirəm. Fariz Nadir Rzayev təşkilatçılara ona bu şəraiti yaratdıqları üçün öz dərin minnətdarlıgını bildirib."

Gecədə qonaqlara konsert proqramı və furşet təqdim olunub.


Müəllif: Punhan Sultanov