Oktyabrın 15-də Bakıda möhtəşəm flamenko axşamı keçirildi.
 
İspaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə, İspaniyadan məşhur musiqiçilər və rəqqasələr paytaxtımıza gəldilər və Rotunda Jazz Club-da unudulmaz konsert proqramı ilə çıxış etdilər.


 
Sənətçilər tamaşaçılara emosional, ehtiraslı, ritmik bir gecə təqdim etdilər. Ən valehedici və sirli rəqslərdən biri olan Flamenko konsertin qonaqlarının qəlbini fəth etdi.

 
 
Flamenko Andalusiyada yaranmış və ispan, ərəb, qaraçı mədəniyyətlərinin hissələrini özündə cəmləşdirən ənənəvi rəqs-musiqi üslubudur. İndi bu rəqs bütün dünyada məşhurdur.