Avropa Azərbaycanda

Bakıda "MICAM" dəb sərgisinin 50 illiyinə həsr olunmuş təqdimat

2019/07/10 / 66

Paytaxtımızda iyulun 9-da Landmark-ın 22-ci mərtəbəsində «MICAM 88-50th Anniversary, Italian footwear design: excellence in quality, style and innovation» adlı beynəlxalq sərgisinin təqdimatı keçirildi. 

MICAM-ın direktoru Paolo Borghini, Bakıda İtaliya Ticarət Agentliyinin direktoru Maurizio Ferri, İtaliyanın Azərbaycandakı səfirinin müavini cənab Umberto Boeri və başqaları tədbirdə çıxış edərək qarşıdan gələn yubiley sərgisindən danışdılar.

MICAM aparıcı beynəlxalq ayaqqabı sərgisidir və ildə iki dəfə fevral və sentyabr aylarında Milan şəhərində Rho-Fiera ticarət və sərgi mərkəzində keçirilir. Bu ilin sentyabr ayında sərginin 50 illik yubileyi keçiriləcək.