Avropa Azərbaycanda

Bakıda "IMAGINE Euro Tolerance Festivalı" mövzusunda mətbuat konfransı keçirilib

2018/05/10 / 166

Bakı may ayının 2-dən 17-ə qədər 2-ci “İMAGINE” Avro Tolerantlıq Festivalı keçirilir.

Festival Avropa İttifaqının Azərbaycanda fəaliyyətə başlamasının 10 illiyi ilə üst-üstə düşən İnsan Hüquqları Bəyannaməsinin imzalanmasının 70 illik yubileyinə həsr olunub. Bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəsi Kestutis Jankauskas mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Festival Aİ üzv dövlətlərinin Azərbaycanda akkreditə olunmuş Səfirlikləri ilə yanaşı, İsveçrə, Norveç, Braziliya, Kosta Rika, İsrail, Peru, Moldova, Meksika, ABŞ, Argentinanın Azərbaycandakı  Səfirliklərinin iştirakı ilə baş tutacaq.

İkinci İMAGİNE festivalı bir müxtəlif tədbirlər gündəyi təqdim edir : musiqi tamaşaları, master klaslar, teatr sərgisi, film nümayişləri, festivalda iştirak edən beynalxalq səviyyədə tanınmış rejissor və musiqiçilər ilə debatlar və müzakirələr.

“Biz İmagine Avro Tolerantlıq festivalının gözəl bir ənənəyə çevrilməsini istəyirik və belə ki,  Bakıda İMAGİNE deyəndə  insanlar bu festivalı xatırlasınlar “ Avropa Ittifaqının Azərbaycandakı səfiri Kestutis Jankauskas dedi.

Musa Akhundov, Park Cinema nın Marketing Direktoru bildirdi ki, filmlərin bir hissəsi “Park Cinema Flame Towers” da nümayiş olunacaq. Filmlərə giriş sərbəstdir.

Konfransda Yarat Müasir İncəsənət Mərkəzinin Təhsil Proqramı üzrə Koordinatoru Ulviyya Axundova, Latviyanın Azərbaycan Respublikasındakı Səfiri Yuris Maklovs, Perunun Azərbaycandakı Müvəkkəti İşlər Vəkili Luis Chang Boldrini Festivalın əhəmiyyətindən danışdılar.

Qeyd etmək istərdik ki, Birinci İMAGİNE Avro Tolerantlıq Festivalı Bakıda keçən ilin oktyabr ayında keçirilib.

Bir çox məşhur rejisorlar, musiqiçilər və incəsənət nümayəndələri festivalda iştirak ediblər.

 

Source