Avropa Azərbaycanda

Bakıda Frankofoniya həftəsinə start verilir

2019/03/27 / 115

2019-cu il martın 30-dan aprelin 15-dək  Bakıda Frankofoniya Həftələrinin yeni buraxılışının təqdimatı baş tutacaq. Mətbuat konfransı, Frankofoniya Həftələrinin təşkilatında iştirak edəcək 13 dövlətin səfiri və iştirakçı qurumların nümayəndəlikləri ilə cümə axşamı, 28 mart tarixində saat 18:00-da Landmark otelinin 22-ci mərtəbəsində keçiriləcəkdir.

Frankofoniya Həftələri çərçivəsində nəzərdə tutulan mədəni tədbirlərin tam proqramını Fransa, Belçika, Kosta-Rika, Yunanıstan, Macarıstan, Mərakeş, Meksika, Moldoviya, Rumıniya, İsveçrə, Estoniya, Litva, Latviya ölkələrinin səfirlikləri və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi  təqdim edəcək.

 

Beynəlxalq Frankofoniya Təşkilatı bu gün, fransız dili və insan hüquqlarına hörmət, qadınlar və kişilər arasında bərabərlik, ifadə azadlığı və s. kimi universal dəyərlər ilə birləşən 84 dövlət və dövlət qurumunu (58 üzv və 26 müşahidəçi) bir araya gətirir.