Avropa Azərbaycanda

Bakıda ənənəvi 9-cu Avropa Film Festivalı keçiriləcək.

2018/10/10 / 170

Festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi və Aİ-yə üzv dövlətlərin Azərbaycandakı  səfirlikləri tərəfindən təşkil olunub.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri  Kestutis Jankauskas festivalın məqsədini  AI ilə Azərbaycan arasında mədəni əlaqələrinin genişləndirmək olduğunu vurğulayıb.

Cənab Səfir  qeyd edib ki, festival çərçivəsində 17 Avropa İttifaqı ölkəsindən - Belçika, Bolqarıstan, Çex Respublikası, Xorvatiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya, İsveç, Birləşmiş Krallıq, eləcə də Norveç və Azərbaycandan ümumilkdə 19 film nümayiş olunacaq.

 Ötən illərdə olduğu kimi yenə də festival iştirakçıları Avropa kino industriyasının ən son yenilikləri ilə tanış olacaq,  Festivalın qonaqlarını avropanın aparıcı film rejissorları ilə keçiriləcək ustad dərsləri və müzakirələrdə iştirak etmək imkanı qazanacaqlar. Onların arasında rejissorluq, operatorluq, montaj və ssenari sahəsində 30 ildən artıq təcrübəsi olan Hollandiyanın film rejissoru Mark Verkerk və uğur qazanmış natura filmlər silsiləsinin quruluşçu rejissoru İqnas van Şaik, Bolqarıstanın film və televiziya seriallarının ssenaristi Teo Çepilov və Litvanın məşhur sənədli film rejissoru Arunas Matelis kimi tanınmışlar insnalar var.

Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi, bu festivalda ölkəsinə məxsus filmlər ilk dəfə təqdim olunduğunu və Festival vasitəsilə Macarıstan mədəniyyətini Azərbaycan xalqına çatdıracağlarını qeyd edib..

Daha sonra cənab Szederkenyi festival çərçivəsində nümayiş olunacaq Macarıstan istehsalı olan “Kincsem” filmi barədə ətraflı məlumat verib. O qeyd edib ki, filmdə Macarıstanda baş vermiş inqilabi hadisələri əks olunur. Bu film nəinki Macarıstanda, həm də bütün dünyada çox məşhurdur. Festival çərçivəsində bu film iki dəfə (Azərbaycan və İngilis altyazıları ilə) nümayiş etdiriləcək.

Hollandiya missiyasının rəhbərinin müavini xanım Zumreta Yahiç bildirib ki, ölkəsinə məxsus filmlərinin festivalda təqdim olunmasından çox məmnundur.

Qeyd edək ki, bu günə qədər Bakıda keçirilən Avropa Film Festivalları ərzində Bakı tamaşaçılarına  ümumilikdə 128 film təqdim olunub.  Bu ilki festival oktyabrın 10-da Hollandiyanın “Vəhşi Amsterdam” və Macarıstanın “Kincsem” filmləri təqdimatı ilə açılacaq.