Avropa Azərbaycanda

Bakıda Beynəlxalq Qadınlar Günü İtalyan Cazına bürünəcək

2019/02/25 / 79

8 Mart 2019-cu il tarixində, Landmark Rotunda Caz Klubda Beynəlxalq Qadınlar Günü münasibəti ilə İtaliyanın istedadlı caz musiqiçisi, virtuoz ifaçı caz festivalların qalibi, dünyaca məşhur Fabio Lepore Bakıda Beynəlxalq Qadınlar Günündə möhtəşəm musiqi proqramı ilə çıxış edəcək.

İtaliyanın ən maraqlı musiqiçilərindən biri olan Fabio Lepore ilk öncə doğma dilində ifa etdiyi ənənəvi caz musiqisi - vokal caz janrının qızıl dövrünün dəyərli əsərləri ilə diqqətləri cəlb etməyi bacarıb. Onun  ifası nəyinki caz sevərləri, həm də ənənəvi musiqilərdə orijinallığı və xüsusiliyi axtaran dinləyicilərin ruhunu oxşayır.

London Caz Festivalı, Boston Yaşıl Festival, Dubay Caz Festivalı, Blue Bay Caz Festivalı kimi bir çox beynəlxalq festival və tədbirlərin iştirakçısı olan Fabio Lepore musiqiçilər ilə birlikdə əsrarəngiz, şən və ən əsası zərif Beynəlxalq Qadınlar Gününə layiq konsert proqramını Bakıda təqdim edəcək.

Fabio Lepore ilə şən və sevgi dolu caz axşamı - sevdiklərinizlə, dəyərli insanlarla keçirəcəyiniz və pozitiv emosiyalara bürünəcəyiniz ən gözəl bayram axşamı olacaq.

Biletləri şəhərimizin kassalarından və iTicket.az saytından əldə edə bilərsiz.