Şərq Tərəfdaşlığı ölkələrindən və Aİ-dən olan 700-dən çox gənc “Gənc Avropa Səfiri” təyin edilib.

Gənc Avropa Səfiri ("GAS") olmaq üçün müraciətə dəvətdən sonra Aİ və Şərq Tərəfdaşlığı ölkələrindən (Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukrayna) olan 1200-dən çox gənc öz namizədliyini irəli sürmüşdür.

GAS-lar ‘EU NEIGHBOURS east’ layihəsi, Avropa Komissiyası, Avropa Xarici Fəaliyyət Xidmətinin Strateji Kommunikasiya üzrə Operativ İşçi Qrupunun Şərq komandası və altı ölkədə yerləşən Aİ Nümayəndəlikləri tərəfindən birgə seçilmişdir.

GAS-ların rolu Şərq Qonşuluğu və Avropa İttifaqı ölkələrində təcrübə mübadiləsi aparmaq, bilavasitə gənclərə aid məsələləri müzakirə etmək, gənclər üçün imkanların genişləndirilməsinə kömək etmək, qabaqcıl təcrübələri bölüşmək və daha yaxşı gələcək naminə birgə çalışmaq üçün gənclər arasında şəbəkənin formalaşdırılmasından ibarətdir.

GAS təşəbbüsü 2016-cı ildən həyata keçirilir və ötən dörd il ərzində onun əhatə dairəsi xeyli genişlənmişdir. Təşəbbüs 2016-cı ildə 100 gənclə start götürsə də, bu gün onların sayı 730-a çatıb.

2019-cu ilin sentyabr ayında təşəbbüsə qoşulan GAS-ların tam siyahısı bu xəbərin altında göstərilmişdir.

"Gənc Avropa Səfirləri" təşəbbüsü Aİ tərəfindən maliyyələşdirilən "Açıq qonşuluq - güclü tərəfdaşlıq üçün ünsiyyət: Şərq Qonşuluğu ölkələrinin vətəndaşları arasında əlaqələr" (‘EU NEIGHBOURS east’) layihəsi  çərçivəsində yaradılan "Gənc Avropa Qonşuları" (GAQ) şəbəkəsinin bir hissəsini təşkil edir.

Mənbə: https://euneighbours.eu/en/east/stay-informed/news/more-700-young-people-eastern-partner-countries-and-eu-are-appointed-young?fbclid=IwAR0eMGmIqjo_KT4XUfZDpy7WwdpbLVjUBtxtgaRUod4LRt0E7QtusD6q-aQ