Avropa Azərbaycanda

Azərbaycan gəncləri Avropa İttifaqı Modeli təsis edir

2017/12/15 / 132

Avropa Gənclər Parlamenti (AGP) xüsusi olaraq Avropanın gənc vətəndaşlarının ehtiyaclarına uyğun olan, siyasi cəhətdən bitərəf və müstəqil təhsil layihəsini təqdim edir və 2011-ci ildən etibarən Azərbaycanda fəaliyyat göstərir.

Bu gün AGP siyasi debatlar, mədəniyyətlərarası görüşlər,siyasi təhsil fəaliyyəti, Avropalı gənclərin idealarının mübadiləsini həyata keçirən Avropanın ən böyük platformalarından biridir. AGP minlərlə insanın könüllü kimi fəaliyyat göstərdiyi Avropanın 38 birlik və təşkilatlar şəbəkəsindən ibarətdir. Avropa Gənclər Parlamentinin məqsədləri bunlardır :

● Avropa problemlərinə fərqindəliyini artırmaq, fəal Avropa vətəndaşlarını cəlb etmək və tələbələri Avropanın dinamikasına qoşulmaq üçün motivasiya etmək.

● Beynəlxalq qavramanı, mədəniyyətlərarası dialoqu, təcrübə və ideaların müxtəlifliyini dəstəkləmək.

● Gənclərin şəxsi bacarıqlarının inkişafına köməklik göstərmək.

● Avropa gənclərinin öz fikirlərini çəkinmədən ifadə edə biləcəkləri forum təşkil etmek.


1. Avropa İttifaqı Modeli haqqında.

Avropa İttifaqı Modeli Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə AGP Azərbaycan tərəfindən başladılan Ai-nın qərar qəbul etmə prosesinin və siyasətinin unikal formada simulasiyasıdır. Layihə iştirakçılara bilavasitə təcrübə və Avropa institutlarının fəaliyyatını izləmək üçün xüsusi imkanlar təqdim edir.

Real danışıqlarda olduğu kimi, Avropa İttifaqı Modeli Avropa Parlamentinin nümayəndələrini, Avropa Komissiyasını, Avropa İttifaqı Şurasını, eyni zamanda maraqlı tərəflər və mülkü cəmiyyət nümayəndələrini əhatə edir. Layihə bir neçə mərhələdən ibarət olacaq və sonuncu həqiqi simulyasiya günündə sona çatacaq. Bu simulasiya prosesində 2 əsas faza olacaq:

● Bütün iştirakçılar üçün “Avropanı Anlamaq” Baza Kursu.

● Vəziyyət məruzəsi.


Faza 1: Bu proqramda iştirak edənlər irəli getmək şansı əldə edə biləcəklər. Format dəyişilməzdir və bir sıra workshopların daxil olduğu 4 seminardan ibarətdir. Nə üçün Aİ mövcuddur? Aİ nədir? Aİ-nın fəaliyyəti nədən ibarətdir? Təlimlər “Avropanı Anlamaq” Azerbaycan Təlim Komandasının üzvləri və digər mütəxəssislər tərəfindən həyata keçiriləçək.

Təlimin tarixi : 23-24 dekabr, 2017

Məkan : Baku Oxsford School


Faza 2: Vəziyyət məruzəsinin hazırlanması.

İştirakçıların hər birinin öz rolu olacaq və müzakirə olunmuş mövzuya əsasən,Üzv dövlətlərin/ institutların/ maraqlı tərəflərin müzakirə olunan məsələ haqqında fikirlərininin əks olunduğu Vəziyyət məruzəsini hazırlamalıdırlar.

Fərdi olaraq Vəziyyət məruzələrinin təqdim olunması üçün son tarix : 13 Yanvar, 2017

Qeyd : Komissiyanın üzvləri fərdi Vəziyyət meruzələri hazırlamayacaqlar. Bunun əvəzinə, Komissiya qanun təklifinin eskizini hazırlamağa məsuliyyətli olacaq.

Fərdi Vəziyyət məruzələrinin hazırlanmasından sonra iştirakçılar üzv olduqları institutlar əsasında kiçik qruplarda birləşəcəklər:

Qruplarda görüşlər : 14 yanvar, 2018 ( Məkan: Baku Oxsford School)

● Şura iclası

● AP iclası

● Maraqli tərəflərin iclası

Komissiya ayrı-ayrılıqda Şura və Parlament üçün təklif eskizi hazirlayacaq.

Tapşırıq: Fərdi mövqe məruzələrinin hazırlanmasından sonra əsas vəzifə qrupun mövqeyinin müəyyən olunmasıdır: AP-nin mövqeyi, Şuranın mövqeyi. Maraqlı tərəflərin ümumi mövqeyinin müəyyən olunmasına ehtiyac yoxdur.

Yekun ümumi mövqenin hazırlanması üçün son tarix 27 Yanvardır ( Landmark Hotel Baku). Həqiqi danışıq günündən əvvəl istirakçıların digər institutların qrupları ilə görüşəcəkləri və institutun ümumi movqeyinin yekunlaşacağı son iclas 28 yanvarda keçiriləçək.

Simulyasiya günü (Baş Məclis)

Məkan : Landmark Hotel Baku

2018-ci il Fevralın 11-də sonuncu gündə - həqiqi danışıqlar günü baş tutacaq.

Bu danışıqlar prosesində yalnız 2 oxunuş keçirilə biləcək. ( Şura → Parlament → Şura )

Danışıqlar və dəyişikliklər Şura üzvlərinin Əksər Səs Çoxluğuna əsaslanan səsvermə ilə davam edir. Simulyasiya səsvermə ilə sona çatır.

Nəticədə, AİM –i öz təhsil dəyərləri, akademik üstünlükləri və dünyanın ən müvəffəqiyyətli, nüfuzlu simulyatorlarından birini təqdim edən peşəkarlığı ilə fərqlənir. Bundan əlavə, sırf Avropa mühitində həqiqi Avropa ab-havasını yaratmaqla AİM-i Avropanın İnteqrasiya və Avropa şəxsiyyətinin ortaya çıxarılmasına kimi məqsədlərinə kömək etməklə öz nüfuzunu təsdiqləyir.


3. Komanda

TƏŞKİLATÇILAR.

Avropa İttifaqı Modeli Milana İbrahimova və 7 təşkilatçı tərəfindən təşkil olunur.

Biz müxtəlif təhsil institutlarından, fərqli sosial həyatlardan gəlmişik və təşkilati proseslərdə müxtəlif vəzifələri həyata keçiririk. Bizim üçün ümumi olan xüsusiyyət bu layihəyə olan sevgi və AGP Azərbaycan tərəfindən birinci Avropa İttifaqı Modelini yaratmaq arzusudur.

4. Tərəfdaşlar

Aİ Modeli AGP Azərbaycan tərəfindən həyata keçirilən və Aİ-nın Azərbaycandakı Nümayəndəliyi, eyni zamanda Baku Oxsford School-nun dəstəyi ilə başladılan bir layihədir.

4. Necə qoşulmaq olar?

Tələblər:

● 18-28 yaş

● AGP və Birləşmiş Millətlər Modeli təcrübəsinin olması arzuolunandır.

● Yuxarıda qeyd olunan iclas və görüşlərdə iştirak edə bilən.

Qeyd: Əgər sizin yaşınız 18-dən azdırsa və Aİ-nın tədqiqat sahəsində heç bir təcrübəsiz yoxdursa, hələ də iştirak üçün müraciət edə bilərsiniz. Qərarlar daha sonra sizin müraciət formanızın keyfiyyətinə əsasən qəbul olunacaq.

QAYDALAR VƏ ŞƏRTLƏR.

AGP tərəfindən təşkil olunan AİM Azərbaycan-a iştirak üçün müraciət etməklə siz avtomatik olaraq aşağıdakı şərtləri qəbul edirsiniz.

Mən bəyan edirəm ki, təmin etdiyim bütün məlumatlar həqiqi və düzgündür. Mən başa düşürəm ki, səhv, saxta və yanlış bəyanatlar və ya qəsdən məlumatların saxtalaşdırılması mənim AGP tərəfindən təşkil olunan AİM Azərbaycan-a müraciətimə xitam verilməsinə səbəb ola bilər.

5. Tez-tez verilən suallar.

Mənim yaşım 18-dən azdır, belə halda müraciət edə bilərəmmi?

Cavab BƏLİ-dir. Qərar sizin müraciət formanızın məzmunundan asılıdır və əgər siz müvəffəqiyyət qazansanız təşkilatçılar ilə müsahibəyə dəvət olunacaqsınız.

Nə üçün rəsmi şəxslər üçün heç bir çağırış yoxdur?

AİM-da bütün vəzifələrdə rəsmi şəxslərdir: Aİ Şurasının Naziri, Avropa Parlamentinin Üzvləri, Komisarlar və maraqlı tərəflər. Bununla bərabər, qrupa rəhbərlik edən və istiqamətləndirən 3 rəhbər də (hər institutda 1 nəfər) olacaq. Bu rəhbərlər iştirakçılar arasından təcrübələrinə, akademik bünövrələrinə və motivasiyalarına əsasən Avropanın Anlaşılması təlimindən sonra təyin olunur.

Bizim sessiyamız 2 ay davam edəcək?

Ümumi olaraq bəli, layihə təxmini 2 ay davam edəcək, lakin 2 həftədən bir keçirilən iclaslarda sizin iştirakınız tələb olunacaq.

● Mövzuların və komitələrin sayı nə qədər olacaq?

Mövzu bir dənə olacaq və UE treninqində elan olunacaq. AGP-nin sessiyalarında olduğu kimi burda da heç bir komitə olmacaq. Bunun əvəzinə, yuxarıda qeyd edildiyi kimi iştirakçılar müxtəlif institutlara cəlb olunacaqlar.

● AVROPANI ANLAMAQ təlimlərinin məqsədi nədir?

Əsas məqsədi AA-nın müxtəlif institutlarının işi, Avropa siyasətinin əsas anlayışları haqqında məlumat vermək, eyni zamanda AA-nı, onun institutlarını, quruluşunu formalaşdıran Avropa inteqrasiyası prosesinin qısa tarixini təqdim etməkdir.

● Vəziyyət məruzələrinin əsas məqsədi nədir?

Vəziyyət məruzələri iştirakçılara müzakirə mövzusunu daha dəqiq və aydın başa düşməyə kömək edir. Başqa sözlə, bir nəfər tərəfindən yalnız bir ölkənin, Avropa İttifaqı üzvünün, maraqlı tərəfin mövqeyinin müəyyən olunması, eyni zamanda bu işi birlikdə görməkdən daha asandır. İclaslar mövzunu daha yaxşı başa düşülməsi, danışıqlar və müzakirələr aparılması üçün fikirlərin bir-biriniz ilə bölüşülməsi üçün xidmət edir.

Bizim 2 tam gün təlimlərimiz olacaq?

Hər bir təlimdə 15 nəfər iştirak edə bildiyi üçün, təlimlər 2 gün olacaq. Buna görə də, 4 növbəmiz olacaq (2-si 23 Dekabr, 2-si 24 Dekabr). Hər bir növbə 4.5-5 saat davam edəcək və hər bir iştirakçı bir dəfə iştirak edəcək. Qəhvə fasilələri olacaq.


6. Əlaqə

Tədbirin baş təşkilatçısı

Milana İbrahimova

+994 55 461 17 16

milana.ibrahim@gmail.com


AGP Azərbaycanın Prezidenti

Saleh Cəfərov

Saleh Jafarov

+994 55 224 10 01

saleh.jafarov@eypazerbaijan.org


AGP Azərbaycanın Layihənin idarəedilməsi və Maliyələşdirilməsi üzrə İdarə Heyətinin üzvü.

Rufat Mir Feyzullazadeh

+994 50 572 70 10

rufat.mirfeyzullazadeh@eypazerbaijan.org