Oktyabrın 24-də Avstriyanın Azərbaycandakı səfirliyi Avstriya Respublikasının Milli Günü münasibətilə rəsmi qəbul təşkil etdi.
 
Tədbirin əvvəlində Azərbaycanın məşhur müğənnisi, "Eurovision 2011" qalibi Eldar Qasımovun ifasında Azərbaycanın və Avstriyanın dövlət himnləri səsləndirilib.



Daha sonra Avstriyanın Azərbaycandakı səfiri Bernd Alexander Bayerl qonaqları salamladı və bu günün əhəmiyyətindən danışdı.



Tədbirdə rəsmi şəxslər, səfirlər, deputatlar, beynəlxalq təşkilatların nümayəndələri, media təmsilçiləri, incəsənət nümayəndələri və digər qonaqlar iştirak ediblər. Tədbirin sonunda qonaqların Avstriya mətbəxinin yeməklərini dada bildikləri və canlı musiqidən zövq aldıqları ziyafət təşkil edilmişdir.