Bolonya Universiteti bu günə kimi fəaliyyət göstərən Avropanın ən qədim Universitetidir. İtaliyanın şımalında olan Bolonya şəhərində yerləşir. Bolonya Universiteti Avropada təhsilin əsasını qoymuşdur. Onun yaranma tarixi 1088-ci il hesab olunur.

Dünyaca məşhur professorlar burada dərs deyirdilər. Tarixi sənədlərə görə, universitetin ilk müəllimləri Irnerius və Pepone olub. Boloniya Universitetinin ən məşhur məzunları Dante Aligyeri, Guido Guinizelli, Koluççio Salutati, Françesko Petrarka və bir çox başqaları olublar.



İndi Bolonya Universitetində dünyanın hər yerindən 100 mindən çox tələbə təhsil alır. Orta hesabla, bir il ərzində Bolonya Universitetinə təxminən 20 min tələbə qəbul edilir. Orada 23 fakültə var. Bundan əlavə, bu təhsil müəssisəsinin regional mərkəzləri İtaliyanın digər şəhərlərində (Ravenna, Rimini, Reqky Nel Emilia, Forli, İmola, Cesena), eləcə də  xaricdə (Buenos Ayresdə) açılmışdır.