Hər bir insan ömrü boyu dəyişməli, böyüməli, inkişaf etməlidir. Rəssamlar isə bunun ən parlaq nümunəsidir. Axı, rəssamlar daim öz üslublarını, yeniliklərini, özünü ifadə etmə yollarını axtarırlar. Buna görə də, adətən onların erkən və sona yaxın işləri bir-birindən kəskin şəkildə fərqlənir.

Avropanın 7 məşhur sənətkarının ilk və son rəsmlərini müqayisə edək.

1. Leonardo da Vinçi



Gənc Leonardo da Vinçi tərəfindən "Qoşulma" rəsm əsəri 1472-1475 illərdə Verrokkonun emalatxanasında yaradılıb, o zamanlar Leonardo onun tələbəsi idi.

Dahi rəsm ustasının sonuncu əsəri "Vəftizçi Yəhya"  1514-1516-cı illərdə yaradılmışdır. O zaman rəssam Belvederdə - Roma Papasının Apostol sarayında yaşayırdı.

2. Rafael


Rafaelin atası saray rəssamı və Hersoq Urbinskinin şairi olub, buna görə də rəssamın ilk təcrübəsini valideyn emalatxanasında alıb. “Madonna və Uşaq” freskası rəssamın ən erkən əsəri hesab olunur. İndi o, İtaliyanın Urbino şəhərində Rafaelin ev-muzeyində saxlanılır.

"Transfiqurasiya" rəsm əsəri üzərində usta tam ölümünə qədər 1520-ci ildə işləmişdir. Rafael onu Roma Papasının sifarişi ilə Narbonnedəki Müqəddəslər Kilsəsi üçün yazmışdır. 

3. Mikelancelo



“Müqəddəs Antoninin əzabları” (it. Tormento di sant'Antonio) - İtaliya rəssamı Mikelancelo tərəfindən 1488-ci ildə tamamlanmış rəsm əsəri olduğuna baxmayaraq, yalnız 2008-ci ildə Mikelancelo tərəfindən yaradılması təstiq olunub. Onun yaradılması zamanı rəssam yalnız 12 və ya 13 yaşında idi. Hazırda bu rəsm Texas Rəssamlıq Muzeyində saxlanılır.

Vatikanın Apostol Sarayındakı "Müqəddəs Peterin çarmıxı" freskası Mikelancelonun son tamamlanan əsərlərindən biridir. Bir çox tarixçilər onu rəssamın yaradıcılığının zirvəsi hesab edirlər.

4. Fransisko Qoyya



İspaniyanın Kalataud şəhərində San Juan El-Real kilsəsinin taxta qapısında Məryəmin yüksəlməsinin təsvirini gənc Fransisko Qoyyaya aiddir.

Rəssamın son işi Fransada yazılmış "Bordodan Südçü" (La lechera de Burdeos) əsəridir.

5. Ejen Delakrua



Ejen Delakruanın ilk əsəri "Dante qalası" (1822) olmuşdur. Əsərdə Dantenin "İlahi komediya" süjeti əks olunub.

Delakruanın "Skiflər arasında Ovidiy" adlı sonuncu əsəri 1859-cu ildə yazılıb və demək olar ki, ictimaiyyət tərəfindən diqqətdən kənarda qalıb.

6. Pablo Pikasso



Pikasso rəssamlığa çox erkən yaşlarında başlamışdır. İlk rəssamlıq dərslərini isə rəsm müəllimi olan atası Xose Ruisdən almış və tezliklə bu sənətə mükəmməl yiyələnmişdir. 8 yaşında ikən özünün ilk ciddi əsəri olan "Pikador"-u yaradır və bunu bütün ömrü boyu özü ilə saxlayır.

Rəssamın son rəsm əsəri 1973-cü ildə yaradılmış "Femme nue couchée et tête I" olmuşdur.
 
7. Salvador Dali



"Fiqeras yaxınlığındakı mənzərə" rəssamın bizə ən erkən gəlib çatmış işidir. Dali onu cəmi 6 yaşında ikən poçt kartında yaratmışdır.

Salvador Dalinın son əsəri - "Göyərçinin quyruğu" (La queue d'aronde) - 1983-cü ildə sənətçinin ölümündən 6 il əvvəl Pubol qəsrində çəkilmişdir.


Mənbə: https://www.adme.ru/tvorchestvo-hudozhniki/kak-vyglyadeli-odni-iz-pervyh-kartin-11-izvestnyh-hudozhnikov-i-ih-poslednie-kartiny-dlya-sravneniya-2188665/