Rəssamlığın əsl şedevrini yaratmaq üçün sənətkarlar illərlə ideya üzərində düşünür və onun yaradılmasına bir neçə il ömür sərf edirlər.

Bəzi müəlliflər isə məşhur rəsmlərdə özlərini əbədiləşdirib, avtoportretlərini gizlədiblər.

Rembrandt Harmens van Reyn “Gecə gözətçisi”



"Gecə gözətçisi" rəssamın həyatında ən önəmli rəsmlərdən biri hesab olunur. Sənətşünaslar hesab edirlər ki, rəssam öz portretini hərbçilər arasında gizlədib. Onun üzünü Yan Okkersenin sağ çiyninin arxasında görmək olar.

Mikelancelo Merisi de Karavacco “Müqəddəs Matfeyanın əziyyəti”



Bu rəsm, rəssamın ilk mürəkkəb işi olub. Əvvəllər o, çox sayda insanla belə böyük ölçülü rəsm əsərləri çəkmirdi. O, bir neçə dəfə rəsmi dəyişib: kompozisiyanı dəyişdirirdi, personajları əlavə edirdi və ya silirdi. Karavacco, kətan üzərində özünü əbədiləşdirmək qərarına gəldi. Qatilin arxa planındakı fiqur rəssamın öz portretidir.

Eduard Mane “Tüilridə musiqi”



Tənqidçilər “Tüilridə musiqi” rəsmini həddindən artıq parlaqlığa və rəng qarışığına görə qınayırdılar. Burada Luvr yaxınlığındakı Tüilrinin bağçasında həftəlik konsertə toplaşmış parislilərin izdihamı təsvir olunub. Bu insanlar arasında bəstəkar Jak Offenbaxı, yazıçı Teofil Qotyeni, şair Şarl Bodleri və bir çox başqalarını tapmaq olar. Rəsmin sol kənarında isə Manenin özü durur.

Yan Vermeer “Vasitəçi”   

           
Uzun müddət Vermeer əsasən bibliya və mifoloji mövzularda rəsmlər yazırdı. Rəssam rəssamlıq sənətinin yeni janrını mənimsəməyə qərar verdi və gündəlik həyat səhnələrini təsvir etməyə başladı. İlk belə əsərlərdən biri “Vasitəçi” oldu. Alimlər hesab edirlər ki, bu sənətkarın ailəsinin çox qeyri-adi bir portretidir.

El Qreko “Müqəddəs Luka”



El Qreko ikon rəssamlığını öyrənirdi və dini motivlər ona çox yaxın idi. Müqəddəs Lukanın təsvirini yaratmaq üçün o, öz üzünü və əllərini istifadə etdi.

Dieqo Velaskes “Las Meninas”



Müasir tənqidçilər hesab edirlər ki, “Las Meninas” Velaskesin yaradıcılığında ən yüksək işdir. Rəsmdəki mənzərə rəssamın Madriddəki salonudur. Sənətkarın özü molbertin yanında kətan ilə təsvir olunub.

Mənbə: https://www.adme.ru/tvorchestvo-hudozhniki/12-izvestnyh-kartin-v-kotoryh-hudozhniki-spryatali-svoi-portrety-2137765/