Tarix çox sirlər saxlayır. Bəziləri əlbəttə ki, əbədi olaraq açılmamış qalacaq, amma fotoşəkillər ilə keçmişin xatirələrini saxlamaq daha asan oldu. İlk foto 1826-cı ildə alim Jozef Nisefor Nyeps tərəfindən çəkilib. O vaxtdan bəri dünyada bir çox şey dəyişib.
 
Biz Avropadan 7 qeyri-adi foto kolleksiyası tərtib etdik. Onlar tarixi tamamilə gözlənilməz açılardan göstərirlər.
 
Britaniya istehkamçıları qaranlıqda işləyə bilmək üçün minaları gözü bağlı zərərsizləşdirməyi öyrənirlər, 1943-cü il 


 
Berlində tıxac: şəhərin Şərq hissəsindəki almanlar Berlin divarının düşməsindən sonra Qərbə gedirlər, 1989-cu il 


 
Adolf Hitlerin Yerusəlimin böyük müftisi Məhəmməd Əmin əl-Hüseyni ilə görüşü, Almaniya, 1941-ci il


 
Şahzadə Yelizaveta Şrusberi şəhərində Qadın kral ordu korpusunun fəxri qarovul dəstəsinə baxır. Qızlardan biri isti hava üzündən huşunu itirib, İngiltərə, 6 iyul 1949-cu il


 
Fransız əsgərləri "Saint Michael" yaxınlığında zədələnmiş kilsənin içərisində yandırılan bir tonqal ətrafında söhbət edirlər, Fransa, 1916-cı il 


 
Qatil Yuqoslaviya kralı Aleksandr I və Fransanın xarici işlər naziri Lui Bartu öldürdükdən bir an sonra, Marsel, Oktyabr 1934-cü il


 
Avstriyalı şahzadə Karl və şahzadə Zita Bourbon-Parmskayanın toyu, 1911-ci il



Mənbə: https://www.adme.ru/tvorchestvo-fotografy/19-redkih-foto-kotorye-pokazyvayut-istoriyu-pod-neozhidannym-uglom-1962665/