Avropaya səyahət

Avropada milad yarmarkaları

2018/11/21 / 183

Nərmin Əsəd

Avropada Milad, qara, ənənələrə, möhtəşəm xorlarla Qotik kilsələrinə və rəngli Milad bazarları ilə canlandırılan cazibədar orta əsr meydanlarına sinonimdir. Bəzi şəhərlər Miladı  möhtəşəm üslubda, bəziləri özünəməxsus nostalji ilə qeyd edirlər və bəziləri isə sadəcə ilin bu zamanında ən yaxşısını nümayiş etdirirlər. Pastoral qədim memarlıq, gözəl bayram sərgilərini və uşaqlıq xatirələrini geri gətirən şirin qış qoxularını birləşdirərək, Miladda mükəmməl Avropa şəhərlərindən birinə gəzinti sizi uşaqlığınıza geri qaytaracaq.

 

Praqa, Çexiya:

Avropanın Qotik nağılı, Praqa, Miladı göz qamaşdırıcı bir şöhrətlə qeyd edir, nəfəs kəsici arxitekturası və isti şərabları ilə Milad alışveriş çılgınlığında qeyb olmaq üçün həqiqətən zəmanət verir. Çexiyanın paytaxtı qışda soyuqdur, lakin bu, xiyabanların altından ruhlar keçmiş haqqında fısıldayarkən, qarla örtülü möhtəşəm Qotik binaları boyunca, Milad nağılına daxil olmaq kimidir.

Vyana, Avstriya:

Vyana kimi Miladı lütf və zərifliyi ilə qeyd edən bir şəhər tapmaq çətindir. Parlaq, zərif Milad bazarları, əfsanəvi kafe mədəniyyəti və küçələrdəki köhnə dünya cazibəsi şəhərə rəng qatır, onun imperatorluq arxitekturası  parıldayan işıqlardadır və əyləncə dolu qış fasiləsi üçün gözəl bir fon yaradılmışdır .

Kologne, Almaniya:

Köln kimi tanınan Kologne, möhtəşəm katedralı ilə məşhurdur, hansı ki o şəhərə bir çox istiqamətdə üstünlük verən Qotik bir şah əsərdir. Noyabr ayının sonundan başlayaraq, Reyndəki ən böyük şəhər, həmçinin, isti şərabın doğulduğu yerdə ən azı 7 Milad yarmarkasına ev sahibliyi edir, bunlardan bəziləri xüsusi hazırlanmışdır, bəziləri isə özünəməxsus və ənənəvi olaraq qalır.

Vrotslav, Polşa:

Qış tətillərində, Polşanın 4. böyük şəhəri olan Vrotslav, 16-cı əsrə aid tarixi möhtəşəm bir bazar ilə ziyarətçiləri özünə çəkir.

Tallin, Estoniya:

YUNESKO tərəfindən qorunan orta əsr qədim şəhəri bir uşaq hekayəsi kitabının səhifələrindən çıxmış kimi görünür, Tallin il ərzində də möhtəşəmdir, lakin qış buraya unikal bir xarakter bəxş edir.

Kopenhagen, Danimarka:

Milad özünü Kopenhagendə parlaq işıqlar, şənlik ruhu və kafelərdə tapır, hansı ki burada Danimarka rahatlığı və möhtəşəm dizaynın harmoniyası təcrübənizi unikal hala gətirir.

Rovaniemi, Laplandiya:

Dənizkənarı şaxtalı mənzərələri, parlaq ağacları və mürəkkəb buz heykəlləri ilə, Rovaniemi Milad üçün ən yaxşı Avropa şəhərlərindən biridir. Və Santa Klaus’un yalnız 8 km uzaqlıqda yaşaması buraya sehrli bir cazibə qatır.

London, İngiltərə:

Göz qamaşdırıcı küçə işıqlandırmaları, inanılmaz pəncərə mənzərələri və bayram əyləncələri Londonu Avropanın ən yaxşı Milad şəhərlərindən biri halına gətirir. Həqiqətən başqa cür ola da bilməzdi!

Brügge, Belçika:

Avropada Brüggedən daha sevimli bir şəhər tapmaqda çətinlik çəkəcəksiniz, onun nağıl kimi kanalları, zəncəfilli peçenyelərdən hazırlanmışa bənzəyən binaları və klassik zərif at arabaları size özünə heyran edəcək.