Avropa yalnız öz mədəniyyəti, incəsənəti, təhsili ilə deyil, həm də dünyanın hər yerindən turistləri toplayan irimiqyaslı festivalları ilə məşhurdur.

Sizin üçün Avropada keçirilən 5 qeyri-adi festival təqdim edirik:

 

1. Almaniyada Oktoberfest (Münhen)

 

Oktoberfest hər il Almaniyanın Münhen şəhərində keçirilən folklor festivalıdır. Bu böyük festival 2 həftə davam edir və 2010-ci ildə ikiyüzilliyini qeyd etdi. Oktoberfest çoxlu sayda pivə çadırları və müxtəlif attraksionlar ilə fərqlənir. Bayramda yalnız yerli pivə zavodları iştirak edir və xüsusi pivələr təqdim olunur.

Harada: Münhen şəhəri, Almaniya

Nə vaxt: hər il sentyabr ayının ikinci yarısında

2. Şotlandiyada Up Helly Aa (Lervik)

«Up Helly Aa» od festivalıdır. Bu maraqlı şotland bayramı hər il yanvarın son çərşənbə axşamı Şetland adalarında, Lervik şəhərində qeyd olunur. Bayram şotlandların mentalitetinə güclü təsir göstərən Vikinq mədəniyyətinə həsr olunub. Şotlandlar ilk dəfə Up Helly Aa festivalını XIX əsrin ortalarında qeyd ediblər və o vaxtdan indiyə qədər hər il qeyd edirlər. Bayram meydanda oyunlar, rəqslər, ziyafət ilə müşayiət olunur - və bütün bunlar orta əsr ənənələrində. Günün sonunda bütün iştirakçılar məşəlləri götürüb, taxta qayığı birlikdə yandırırlar.

Harada: Lervik şəhəri, Şetland adaları, Şotlandiya

Nə vaxt: hər il yanvarın son çərşənbə axşamı

3. İspaniyada La Tomatina (Bunyol) 

 

Tomatina — avqustun son çərşənbə günü Bunyol şəhərində baş verən pomidor döyüşüdür. Xüsusi yük maşınları bir neçə ton pomidor gətirirlər, və sakinlər küçələri tomat şirəsinə çevirərək bir-birlərinə atırlar. Yalnız bir qayda var - heç kimə zərər verməmək üçün pomidorları yumşaltmadan atmaq olmaz.

 

Harada: Bunyol şəhəri, Valensia əyaləti, İspaniya 

Nə vaxt: hər il avqustun son çərşənbə günü

4. Belçikada Buz Heykəl Festivalı (Brügge)

Hər il Belçikanın Brügge şəhərində keçirilən festivalda dünyanın müxtəlif ölkələrindən olan heykəltəraşlar buz və qar çöküntülərindən öz əl işlərini təqdim edirlər. Hər qış heykəltəraşların möhtəşəm əsərlərini izləmək üçün minlərlə turist Avropanın bu mənzərəli guşəsinə toplanır.

Harada: Brügge şəhəri, Belçika 

Nə vaxt: hər il noyabr ayının sonundan yanvar ayının əvvələrinə qədər

5. İtaliyada Venesiya karnavalı (Venesiya)

 

Venesiya karnavalı — İtaliyanın Venesiya şəhərində hər il təşkil edilən bir karnavaldır. Bu karnaval hər il 20 günə yaxın davam edir və maskaları ilə məşhurdur. Venesiya karnavalı İtaliyanın ən məşhur bayramlarından biri hesab olunur və karnaval çərçivəsində rəqs gecələri, konsertlər, paradlar və  digər maraqlı tədbirlər keçirilir. Karnaval dövrü turistlərlə dolu olan Venesiyada ən sıxlıq dövrlərdən biridir.

Harada: Venesiya şəhəri, İtaliya 

Nə vaxt: 2020-ci ildə 8 - 25 fevral tarixlərində təyin olunacaq