Sadəcə yemək və içki təklif edən və sizi heç nə ilə təəccübləndirməyən kafelərdən bezmisiniz? Sizdə ən çox maraq oyadan və İnstagram-da çoxlu “bəyənmə” sayı qazanmağınıza kömək edən məkanlar hansılardır? Aşağıdakı siyahıya nəzər salaraq Avropanın ən özünəməxsus yerlərində bir fincan qəhvə dadmaq üçün öz seçiminizi edə bilərsiniz.

Avstriyanın Vyana şəhərində “Neko” kafesi 

Pişikləri sevinirsinizsə, bura elə əsl sizin üçündür. Dünyadakı pişik kafelərindən biri olan bu məkanda qəhvənizi qurtumlaya-qurtumlaya pişiklərlə oynaya bilərsiniz. Əgər Vyanaya getmək imkanınız yoxdursa, bu kimi kafeləri İspaniya və Fransada da tapa bilərsiniz.  

Portuqaliyanın Lissabon şəhərində “28 Café” 

Lissabon şəhərində yerləşən bu kiçik kafe klassika və tarixi sevənlər üçün ideal seçimdir. 28 nömrəli məşhur Lissabon tramvayını xatırladan bir məkanda qəhvə içmək, yaxud qəlyanaltı etmək istəyirsinizsə, yolunuzu “28 Café”-dən salın.  

İtaliyanın Milan şəhərində “Bar Luce”

Əgər kino həvəskarısınızsa,Böyük Budapeşt oteli” filminin rejissoru Ves Anderson barədə yəqin ki, eşitmisiniz. Rejissorun pərəstişkarlarının nəzərinə çatdırmaq istəyirik ki, bu kafe maraqlı vintaj oyun avadanlıqlarını xatırladan elementlərlə ənənəvi Milan üslubunda Ves Anderson tərəfindən dizayn edilmişdir. 

  

İsveçrənin Qruyer şəhərində “HR Giger” muzey-kafesi

Əminliklə deyə bilərik ki, skeletlərin əhatəsində, yaxud onların üzərində əyləşib bir fincan qəhvə içmək heç vaxt ağlınızdan keçməyib. H.R. Giger “Yadplanetli” (“Alien”) filmində yaratdığı və ona “Oskar”  mükafatı qazandıran dizaynı məşhurlaşan isveçrəli rəssamdır. Onun yaratdığı dizayn hazırda İsveçrədəki iki tematik kafedə istifadə olunur.

 

İspaniyanın Madrid şəhərində “Cereal Lovers” kafesi

Yulaf lopalarını yeyə biləcəyiniz kafelər çox olsa da, İspaniyada ilk bu cür kafe olan və Madrid şəhərində yerləşən “Cereal Lovers” dünyada bənzər xidmət təklif edən kafelər içərisində ən gözəllərindən biri hesab oluna bilər. Bu kafedə 150-dən çox ispan və beynəlxalq yulaf markaları təqdim olunur və siz onları 25 müxtəlif içki və 60-dan çox toppinq çeşidi ilə birlikdə dada bilərsiniz. 

“Wash & Coffee” kafesi

Adi camaşırxanada bənzərsiz təcrübə yaşamaq istəyirsinizsə, Münhendəki “Wash & Coffee” kafesində camaşırlarınızı paltaryuyan maşına ata və onlar yuyulana qədər qəhvə içib internetdə vaxt keçirə bilərsiniz.  

Almaniyanın Berlin şəhərində “Be’kech” kafesi

Sizə evinizi xatırlatmaq üçün nəzərdə tutulan “Be’kech” kafesində dəqiqəsi 5 sentə rahat və gözəl atmosferdən həzz ala bilərsiniz. İncə zövqlə dizayn edilmiş bu kafedə əlavə heç bir ödəniş etmədən sürətli Wi-Fi, isti qəhvə və çay, mövsümə uyğun yeməklər və digər imkanlardan istifadə edə bilərsiniz.

 

Mənbə: https://blog.uniplaces.com/discover/coolest-themed-cafes-europe/https://www.dailyedge.ie/unusual-novelty-cafes-1608610-Aug2014/; https://travelaway.me/anti-cafes-europe/