Berlin Heyvanlara Qayğı Birliyinin sığınacağı Avropadakı ən böyük və müasir sığınacaqdır. Onun büdcəsi ildə 8 milyon avrodur. İki minə yaxın pişik, it, tutuquşu, dovşan, meymun üçün təxminən 200 müntəzəm işçi çalışır.

Burada, Berlinin şərq kənarında, sahəsi 16 hektar (ki, təxminən 22 futbol sahələri uyğundur) artıq öz sahiblərinə lazım olmayan, polis və ya gömrük tərəfindən müsadirə edilən, elmi təcrübələrin obyektləri olan bütün heyvanlar üçün böyük bir ev yaradılmışdır.



Sığınacaq rəsmi olaraq 2002-ci ilin yayında açıldı. İnşaat zamanı memar və inşaatçılar çətin anlar yaşadılar, çünki dünyanın heç bir yerində buna bənzər bir layihə yoxdur ki, ondan nümunə götürmək mümkün olsun. Tikinti Berlin Heyvanlara Qayğı Birliyinə 65 milyon alman markasına başa gəldi.
İndi bu bir növ "şəhərdə şəhərdir" - pişiklər üçün üç pavilyon, itlər üçün beş pavilyon, ilan və iguanalar üçün terrarium, hər rəngdə tutuquşular ilə qəfəslər, öz baytarlıq klinikası, cəmi 18 bina, futuristik memarlıq, 173 müntəzəm işçi və illik 8 milyon avrodan çox büdcə.

2018-ci ildə sığınacaq öz tarixində ilk dəfə Berlin şəhər büdcəsindən 300 min avro maliyyə vəsaiti aldı. Bundan əvvəl o, yalnız ianələr üzərində mövcud idi.

Yazdı: Xatirə Vəliyeva