Avropa Mədəniyyəti

Avropada dada biləcəyiniz 7 qeyri-adi delikates

2019/07/09 / 87

Hər bir ölkənin milli mətbəxində özünəməxsus maraqlı yeməkləri var və onların dadına məhz öz vətənlərində baxmaq başqa bir zövq verir. İndi daha çox xüsusi qastronomik turlar təşkil edilir, və yerli təamların dadına baxmaq həmin turizm proqramlarının vacib bəndidir. 

Biz isə öz növbəmizdə Avropa ölkələrinin fərqli və dadlı təamlarını araşdırdıq və sizə bu 7 maraqlı delikatesləri məsləhət görürük:

 

1. Haggis (Şotlandiya)

Haggis — qoyun mədəsində bişirilmiş qoyun içindən (ürək, qaraciyər və ağciyər) hazırlanan milli şotland yeməyidir. Haggis "nips və tattis" qarniri ilə (şalğamdan və kartofdan püre) verilir. 

 

2. Poronkaristus (Finlandiya)

Finlandiyada siz buğda bişirilmiş maral ətinin zərif dilimlərindən ibarət "Poronkaristus" adlı yeməyi dada bilərsiniz.

 

3. Eskargo (Fransa)

Eskargo — ilbizlərdən hazırlanmış nəfis Fransız yeməyidir və ağ quru şərab ilə təqdim olunur.

 

4. Hamon (İspaniya)

Hamon - duza qoyulmuş donuz budu. Hamon ən məşhur ispan delikateslərindən biridir. 

 

5. Tost Skagen (İsveç)

Skagen - krevet salatıdır, hansı ki xırtıldayan tost üzərinə qoyulur. Skagen ənənəvi olaraq bayramlarda hazırlanan və qırmızı kürü ilə bəzədilmiş İsveçin milli yeməyidir. 

 

6. Karrivurst (Almaniya) 

Karrivurst - Almaniyada məşhur fast-food: ketçup və karri tozuna əsaslanan xüsusi sous ilə qızardılmış kolbasa.

 

7. Balina əti (İslandiya)

İslandiyada Kiçik zolaqlı balinanı (tükənmə təhlükəsi olmayan bir balina növü) yeyirlər. Balina ətindən steyklər və kabablar hazırlayırlar.