Avropaya səyahət

Avropada büdcəli səyahət üçün faydalı məsləhətlər

2019/08/07 / 102

Avropaya səyahət bir çox insanlara bahalı və əlçatmaz görünür. Lakin Avropada səyahət etmək üçün çoxlu pul xərcləmək mütləq deyil — müəyyən qaydalara riayət etmək, səfərinizi əvvəlcədən planlaşdırmaq, büdcənizi düzgün hesablamaq və harada qənaət edə biləcəyinizi bilmək kifayətdir.

Səyahət zamanı qənaət etmək üçün sizə aşağıdaki faydalı məsləhətləri təqdim edirik:

Nəqliyyat

Aviabiletlər səyahətin ən bahalı hissəsidir, lakin biletləri ən azı bir ay öncədən alsanız və loukosterlə uçsanız, yetərincə qənaət edə bilərsiniz. Şəhər daxilində hərəkət etmək üçün isə ən sərfəli üsul ictimai nəqliyyatdan istifadə etmək  qısa məsafələrdə piyada gəzməkdir.

Yaşayış

Avropada səyahət zamanı yaşayış üçün ən aşağı büdcəli yollardan biri hosteldə gecələməkdır, lakin ucuz otellər də tapmaq mümkündürOtel seçərkən, otellərin onlayn sifariş sistemlərinin müəyyən faiz çıxması üzündən sizə otelin öz veb-saytını tapmaq və oradan birbaşa sifariş etməyi məsləhət görürük.

Ümumiyyətlə pulsuz yaşamaq istəyənlər üçün isə couchsurfing.com veb-saytını tövsiyə edirik. Burada qeydiyyatdan keçdikdən və şəxsi profil yaratdıqdan sonra, səyahət edənlərə sığınacaq təklif edən insanları tapa bilərsiniz.

Yemək 

Səyahət edərkən eyni zamanda həm dadlı həm də ucuz yeməklərə üstünlük verin. Turistlər üçün nəzərdə tutulmuş restoranlarda çox zaman qiymətlər yüksək və yemək keyfiyyəti aşağı olurYerli sakinlərin üstünlük verdiyi yerlərdə isə siz sərfəli qiymətlərə əsl milli mətbəxi və həmçinin başqa ləzzətli yeməkləri dada bilərsiniz.

Əyləncə

Avropa ölkələrində çox sayda əyləncə növləri var və onların arasında ödənişsiz olanlar da mövcuddur. Səyahətinizdən əvvəl araşdırın və həmin tarixlərdə səyahət edəcəyiniz şəhərdə maraqlı nə baş verəcəyini yoxlayın. Məsələn, bəzi muzeylərdə pulsuz giriş günləri olur, buna görə, bilet satın almadan əvvəl onların veb-saytlarını yoxlayın.