Bildiyimiz kimi, 31 Yanvar 2020-ci il Böyük Britaniya Avropa Birliyindən ayrıldı. Bununla bağlı Prezidentlər Prezidentlər Charles Michel, David Sassoli və Ursula von der Leyenin müraciətini nəzərinizə çatdırırq:

"Axşam gecəyə doğru keçid aldıqca, günəş, Birləşmiş Krallığın Avropa Birliyinə 45 ildən çox davam edən üzvlüyünün üzərinə öz şəfəqlərini yayacaq.  Avropa Birliyinin əsas 3 institunun rəhbərləri olaraq bizim üçün və eləcə də hər birimiz üçün, bu gün duyğularımız çox qarışıq olacaq.

Düşüncələrimiz, Avropa Birliyinin bugünki mövqeyə gəlməsinə dəstək olan hər bir kəsin yanındadır. Gələcək üçün narahat olanlar və İngiltərinin ayrıldığının görməkdən məyus olanlar. Birliyimizin milyonlarla avropalı üçün həyatı daha yaxşı hala gətirən strategiyalarının formalaşdırılmasına kömək edən İngilis üzvləri. Birliyimizin qobeleninin vacib bir hissəsi olan İngiltərə və onun xalqını, yaradıcılığını, ixtirasını, mədəniyyətini və adətlərini düşünəcəyik.

Bu duyğular bizim Birləşmiş Krallığa olan sevgimizi əks etdirir və bu sevgi ittifaqa üzv olmaqdan da dəyərlidir. Böyük Britaniyanın Avropa Birliyindən ayrılmaq qərarına çox təəssüflənsək də, hər zaman hörmətlə yanaşmışıq. Qarşılıqlı əldə etdiyimiz razılaşma hər iki tərəf üçün ədalətlidir və milyonlarla AB və Böyük Britaniya vətəndaşlarının özləri üçün ev adlandırdıqları hər yerdə hüquqlarının qorunmalarını təmin edəcək.

Eyni zamanda biz artıq gələcəyə baxmalı və davam edən dostluğumuz üçün yeni əməkdaşlıqlar qurmalıyıq. Üç institumuz birlikdə bu əməkdaşlıqlarının uğurlu olması üçün çalışacaqlar. Biz bu mövzuda iddialı olmağa hazırıq.

Yeni tərəfdaşlığın nə qədər uğurlu olacağı hələ də qəbul etməli olduğumuz qərarlardan çox asılıdır. Çünki hər seçimin bir nəticəsi var. İnsanların sərbəst hərəkət azadlığı olmadan, kapital, mal və xidmətlərin sərbəst hərəkətindən danışmaq olmaz. Ətraf mühit, əmək, vergi və dövlət yardımı kimi mövzularda bərabər hüquqlardan olmadan, yüksək keyfiyyətli vahid bazara çıxış qeyri mümkündür. Üzv olmasanız, üzvlük hüquqlarından istifadə edə bilməzsiniz.

Növbəti həftələr, aylar və illər ərzində AB ilə Böyük Britaniya arasında son əlli il  ərzində bir-birinə sıx bağlanmış bəzi ipləri boşaltmalı olacağıq. Bunu etdiyimiz zaman müttəfiq, tərəfdaş və dost olaraq  davam eməyimiz üçün yeni bir yol çəkmək uğrunda çox çalışmalıyıq.

İngiltərə AB-yə üzv olmağı dayandırsa da, Avropanın bir hissəsi olaraq qalır. Ortaq coğrafiyamız, tariximiz və bir çox sahədəki əlaqələrimiz qaçılmaz olaraq bizi bağlayır və təbii müttəfiq halına gətirir. Xarici işlər, təhlükəsizlik və müdafiə mövzusunda ortaq bir məqsəd və qarşılıqlı maraqlarla birlikdə işləməyə davam edəcəyik. Ancaq bunu artıq fərqli yollarla edəcəyik.

Qarşımızda duran vəzifənin asan olmayacağını anlayırıq, amma yaxşı niyyət və qətiyyətlə davamlı, müsbət və mənalı tərəfdaşlıq qura biləcəyimizə əminik.

Ancaq sabah həm də Avropa üçün yeni bir mərhələ başlayacaq.

Son illər bizi millətlər, qurumlar və insanlar kimi bir-birimizə daha da yaxınlaşdırdı. Hamımıza xatırlatdı ki, Avropa Birliyi sadəcə bazar və ya iqtisadi güc deyil, həmçinin hamımızın bölüşdüyümüz və qoruduğumuz dəyərlər deməkdir. Birlikdə olduğumuz zaman biz nə qədər güclüyük.

Buna görə Avropa Birliyi Üzv Dövlətləri qüvvələrini birləşdirməyə və ortaq bir gələcək qurmağa davam edəcəklər. Böyük bir güc rəqabəti və gərgin geosiyasət əsrində ölçülər önəmlidir. Heç bir ölkə iqlim dəyişikliyinin dalğasını dayandıra bilməz, rəqəmsal gələcəyin həll yollarını tapa bilməz və ya dünyanın daim güclənən kakofoniyasında güclü səsə sahib ola bilməz.

Ancaq  Avropa Birliyi birlikdə edə bilər.

Dünyanın ən böyük daxili bazarına sahib olduğumuz üçün edə bilərik. 80 ölkənin ən yaxşı ticarət tərəfdaşı olduğumuz üçün edə bilərik. Biz canlı demokratiyalar birliyi olduğumuz üçün edə bilərik. Xalqlarımız Avropa maraqlarını və dəyərlərini dünya səhnəsində tanıtmaq əzmində olduqları üçün edə bilərik. Biz AB-yə üzv dövlətlərin müttəfiq və tərəfdaşlarla - ABŞ, Afrika, Çin və ya Hindistanla müzakirələrdə əhəmiyyətli, kollektiv iqtisadi güclərindən istifadə edə biləcəyinə görə edə bilərik.

Bütün bunlar ortaq bir məqsəd hissi verir. Getmək istədiyimiz yerə dair ümumi görüşümüz və dövrümüzün müəyyənləşdirilən məsələlərində iddialı olmaq öhdəliyimiz var. Avropa Yaşıl Sazişində göstərildiyi kimi, 2050-ci ilə qədər ilk iş yerləri və insanlar üçün yeni iş yerləri açan ilk neytral iqlim qitəsi olmaq istəyirik. Rəqəmsal texnologiyaların yeni nəslinə rəhbərlik etmək istəyirik və dəyişikliyə ən çox məruz qalan insanlara dəstək ola biləcəyimiz üçün ədalətli bir keçid istəyirik.

İnanırıq ki, bunu yalnız Avropa Birliyi edə bilər. Ancaq bunu yalnız birlikdə edə biləcəyimizi bilirik: insanlar, millətlər və qurumlar olaraq. Üç qurumun prezidenti kimi biz də öz rolumuzu oynamağa qərarlıyıq.

Bu iş, sabah günəş çıxan kimi davam edəcək."