23 sentyabr  "Avropa şəhərciyi"nin açılışı olub.
 
Bu dəfə şəhərcik Naxçıvan şəhərində yerləşən - "Naxçıvanqala" Tarixi Memarlıq Muzey Kompleksində  baş qurulub.
 
Avropa İttifaqına üzv ölkələrin Bakıdakı 17 səfirliyinin təmsil olunduğu tədbiri açan Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azər Cabbarov qonaqları salamlayaraq, tədbirin qədim tarixə və mədəniyyətə malik olan Naxçıvanda baş tutmasının əhəmiyyətindən danışıb. 
 
 
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas tədbirin təşkilində dəstəyinə görə, Naxçıvan MR-nın rəhbərliyinə və göstərdikləri  böyük marağa görə insanlara təşəkkürünü  bildirib. Deyib ki, bu il xüsusi ildir. Belə ki, ADR-in 100, Azərbaycanda Aİ nümayəndəliyinin fəaliyyətə başlamasının 10 illiyi qeyd olunur:
 
"Aİ və Azərbaycanı möhkəm əməkdaşlıq bağlayır. Xüsusilə, təhsil sahəsində. Bu tədbir insanların bir-birini daha yaxşı tanımasına kömək edəcək".
 
 Tədbir boyu maraqlı viktorinalar, əyləncəli proqram, konsert təqdim edilib.

 

Qeyd edək ki, Eurovillage Avropa şəhərciyi ilk dəfə 2012-ci ildə Bakıda qurulmuşdur. "EuroVillage" 2012  açıq sahədə yaradılmışdır. Burada müxtəlif kampaniyalar, konsertlər, ayrı-ayrı proqramlar, tədbirin sponsorları tərəfindən müxtəlif tədbirlər və s. keçirilmişdir.  Həmin ildən ənənəvi olaraq Eurovillage hər il paytaxt Bakıda və hər hansı bölgədə keçirilir.