Dünən sizinlə Avropa Yaşıl Sazişi barədə Avropa Komissiyasının yeni sədri xanım Ursula Von der Leyenin çıxışını bölüşdük.

Bəs gəlin nəzər salaq,
feminist, çoxuşaqlı ana və hər yerdə birinci: Avropa Komissiyasının yeni prezidenti kimdir?

Ursula Von der Leyen tarixdə Avropa İttifaqına rəhbərlik edən ilk qadındır.

Dekabrın 1-də yeni Avropa Komissiyası işə başladı, prezident kürsüsünü isə bu vəzifədə ilk qadın rəhbər - Ursula Von der Leyen tutdu.

Ursula Von der Leyen Brüsseldə anadan olub və böyüyüb, 13 yaşından Almaniyada yaşayıb, orada oxuyub, ailə qurub, 7 uşaq dünyaya gətirib və siyasi karyera qurub.

Almaniyanın Müdafiə naziri vəzifəsini icra edən 60 yaşlı xanım Ursula Von der Leyen üçün Avropa Parlamentinin 383 deputatı səs verdi.

Ursula Von der Leyen proqramı bir neçə çıxışda, ilk növbədə, Avropa Parlamentində, iyul ayında seçildiyi gündə, sonra isə Konrad Adenauer Fondunda onun noyabrdakı çıxışında təqdim edildi və konkretləşdirildi. İyirmi beş səhifəlik sənəd uzun illərdir Avropa paytaxtları və Brüsselin gündəmində olan və bu günə qədər aktual olaraq qalmış bir sıra mövzuları əhatə edir: iqlim dəyişikliklərinə qarşı mübarizə, sosial problemlərin həlli, iqtisadiyyatın canlanması, qanunun aliliyinin və Avropa dəyərlərinin təsdiq edilməsi, miqrasiyanın davamlı və effektiv idarəetmə modelinin yaradılması məqsədilə yeni miqrasiya layihəsi. Bundan əlavə, ümumi müdafiə, ədalətli vergitutma, təhsil (Erasmus +` büdcəsinin üç dəfə artırılması), xarici siyasət qərarlarının səlahiyyətli çoxluq tərəfindən qəbul edilməsi, İngiltərənin Aİ-dən nizamlı çıxmasını təmin etmək üçün Brexit müddətinin uzadılması məsələlərinə toxunuldu.

Yazdı: Xatirə Vəliyeva