Avropa Azərbaycanda

Avropa Gənclər Parlamenti

2018/01/08 / 446

Avropa Gənclər Parlamenti qeyri-hökumət təşkilatı 1987-ci ildən başlayaraq bir neçə Avropa ölkələrində fəaliyyət göstərir. Fəaliyyəti, əsasən, gənclərin ictimai sferada, Avropa siyasətində aktivliyini artırmağa yönəlmiş təşkilat il ərzində 40 minə yaxın gənci müxtəlif tədbirlərin vasitəsi ilə birləşdirir və Avropa Birliyi tərəfindən dəstəklənir. AGP Azərbaycanda öz rəsmi fəaliyyətinə 2012-ci ildən başlayıb və bu müddət ərzində keçirdiyi tədbirlər vasitəsi ilə 500-dən çox bilikli və intellektual gənci öz fəaliyyətinə cəlb edib. Təşkilatın “ASAN Könüllülər” ilə bağladığı memorandumu, 2012-2018cı illər ərzində keçirdiyi tədbirlər zamanı müxtəlif universitetlərdən (BDU, Xəzər Universiteti, ADA Universiteti və s.) və icra hakimiyyəti orqanlarından (Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Gəncə rayon İcra Hakimiyyəti, Şəmkir Rayon İcra Hakimiyyəti) ilə əməkdaşlıq edir.

AGP Azərbaycan 2017-2018ci il üçün 8 böyük və 20-dan çox kiçik miqyaslı tədbirlərin keçirilməsini planlaşdırıb və bu böyük tədbirlərdə 600-ə yaxın gəncin iştirakı gözlənilir. Həmin tədbirlərdən biri 4-7 yanvar tarixlərində təşkil etdiyimiz “4th Regional Session on Sustainable Development” – Dayanıqlı İnkişaf üzrə Dördüncü Regional Sessiyasıdır.

Seçilmiş tələbələrin iştirakçı olduğu sessiya 4 gün davam edib və ümumilikdə 160-dan çox xarici və yerli gəncin iştirakı ilə həyata keçirilib. Konfrans, Avropa Birliyi və Azərbaycanda daimi inkişafın təmin olunmasına və mövcud olan problemlərinə diqqət yetirərək alternativ həll yolları tapmaq məqsədini daşıyıb. Mövzu ətrafında problemlərin həll yollarını tapdıqdan sonra və onların uğurlu olduğu təqdirdə təklif etdikləri qətnamələr Baş Assambleyada qəbul olunub. Sessiyanın ikinci gününün sonunda Avropa Mədəniyyətlərinin Sərgisi baş tutub. Bu sərgidə Almaniya, Rusiya, Türkiyə, Fransa kimi ölkələr iştirakçılar tərəfindən təmsil olunub.

Sessiyanın baş təşkilatçıları – Elmira Əliyeva, Vəfa Əhmədova və Rasim Xankişiyevdir, Prezidenti Hollandiya Avropa Gənclər Parlamentin nümayəndəliyinin rəhbəri Maria Bianka Lojanica olub. Bu sessiya Azerbaijan British College-in rəhbəri olan cənab Ələkbər Ələkbərovun dəstəyi nəticəsinə keçirilib.