Hər il bir çox kitab çıxır və həqiqətən dəyərli birini seçmək çətin olur. Lakin bu problemin öhdəsindən kitab reytinqləri əla gəlir.

Və biz sizing üçün diqqətinizə layiq olan Avropa ədəbiyyatının əsas yeniliklərini təqdim edirik.

«Orta İngiltərə» Conatan Kou 


Conatan Kou artıq çoxdan müasir Britaniyanın ən maraqlı müəllifləri sırasındadır. «Orta İngiltərə» — «Rakaliy Klubu» və «Dairə qapanıb» romanlar ilə başlanmış trilogiyanın sonuncu hissəsidir. Üç kitab, 1970-ci illərdən bu günə qədər Britaniyanın yeni tarixinin təsirli bir dastanında birləşmişdir. 

«Ölümcül ağlıq» Robert Qalbrayt


«Ölümcül ağlıq» - Coan Roulinqin kişi təxəllüsü Robert Qalbrayt altında yazdığı Kormoran Strayk haqqında dedektiflər seriyasında çoxdan gözlənilən dördüncü kitabdır.

«Ürəyin ölümü» Elizabet Bouen


Elizabet Bouen — anqlo-irland yazıçısı, romanların, hekayə toplularının və ədəbi esselərin müəllifidir. Britaniya İmperiyası ordeni kavaleri. Elizabet Bouen məşhur «Blumsberi» ədəbi dərnəyinin iştirakçısıdır və Virciniya Vulfun ən yaxın rəfiqəsi idi. «Ürəyin ölümü» Elizabet Bouenin ən məşhur kitabıdır, və bu bir gənc sevgi hekayəsidir.

«Bıçaq» Yu Nesbö


Yu Nesbö — norveçli yazıçı, musiqiçi, keçmiş iqtisadçı və müxbir. Bir neçə ədəbi mükafatın sahibi. «Bıçaq» — inspektor Harri Hole haqqında olan cinayət romanı seriyasından çoxdan gözlənilən 12-ci romandır. Dünyada Yu Nesbönun kitablarının 40 milyon nüsxəsindən çoxu satılıb.

«Mənim mübarizəm» Karl Uve Knausqor


Karl Uve Knausqor «Mənim mübarizəm» adlı altı avtobioqrafik romanı ilə məşhur olan Norveç yazıçısıdır. «Mənim mübarizəm» silsiləsi hər hansı bir insanın həyatında mövcud olan böyük və kiçik döyüşlərin universal bir hekayəsidir. 

«Südsatan» Anna Berns 


Anna Berns - şimali irland yazıçısı və Buker mükafatı laureatıdır. O, dördüncü kitabı olan «Südsatan»-ı, 18 yaşındakı bir qızın fasiləsiz daxili monoloqu şəklində yazıb.

«Bella Almaniya», Daniel Şpek


«Bella Almaniya» - uzun illər Münhenlə Roma arasında yaşayan Alman ssenaristi və kino tarixi üzrə mütəxəssis Daniel Şpekin debüt romanıdır. «Bella Almaniya» 85 həftə «Spiegel» bestseller siyahısında saxlanılmış və 2016-cı ilin ən uğurlu debütü kimi tanınmışdır.

«Serotonin», Mişel Uelbek


Mişel Uelbek XXI əsrin ən çox oxunan Fransız yazıçılarından biridir. «Serotonin» isə son 20 il ərzində müəllifin ən yaxşı romanıdır. Bu əsər ənənəvi dəyərlərin parçalanması və sərt şəxsiyyət böhranı haqqındadır. 

"Qızıl Ev", Salman Ruşdi


Salman Ruşdi hind əsilli britaniyalı yazıçıdır. Kral ədəbi cəmiyyətinin üzvüdür. «Qızıl Ev» həm ailə sagasıdır, həm də fəlsəfi düşüncədir.

«Kitab dükanı», Penelope Fitscerald 


Yazıçı Edmund Noksun qızı Penelope Fitscerald gec debüt etdi (60 yaşı var idi), lakin ötən əsrin Britaniya ədəbiyyatı tarixində görkəmli iz buraxmağı bacardı. «Kitab dükanı» romanı kitablara həsr olunmuşdur, hansıların ki taleyi dəyərləri sürətlə dəyişən dünyada böyük sual altındadır.