"Avropa 2020" strategiyası nədir?

  Avropa 2020 strategiyası son 10 illik üçün Avropa İttifaqının inkişaf proqramıdır. Bu proqram Avropada rəqabətə davamlı, produktiv və uzunömürlü sosial bazar iqtisadiyyatını təmin etməyi hədəfləyir.
Bu məqsədə çatmaq üçün, Aİ tərəfindən 2020-ci ilə qədər aşağıdakı 5 sahə üzrə hədəflər seçilib:
  • İşlə təmin olunma
  • Tədqiqat və inkişaf
  • İqlim dəyişikliyi və Enerji təminatı
  • Təhsil
  • Yoxsulluq və aşağı həyat səviyyəsi
  Bəs görək Proqramın başlamasından demək olar ki, 10 il müddətin keçdiyi vaxt ərzində bu hədəflər reallaşdırılıb mı? Beləliklə:
  • 20-64 yaş arası əhalinin 75%i işlə təmin olunub
  • ÜDM-nin 3%i Tədqiqat və İnkişaf sektoruna investisiya edilib
  • 1990-cı illə müqayisədə qaz tullantıları 20% azalıb
  • Bərpaolunan enerji resurslarının payı son nəticədə 20 faiz artıb
  • Enerji effektivliyinn səviyyəsi 20% artıb
  • Məktəbi vaxtından əvvəl tərk edənlərin sayı 10 % azalıb
  • 30-34 yaş arası əhalinin ən az 40%i ali və ya ekvivalent təhsil sahibidir
  • Yoxsulluq və aşağı həyat səviyyəsinə düçar olanların sayı 20 milyon azalıb.
  Göstəricilərə baxdığımız zaman aydın olur ki, proqram başladığı gündən indiyədək Aİ-nın sosial – iqtisadi inkiafına vacib töhvələrni verib. Avropada əhalinin məşğulluq səviyyəsi rekord həddinə çatıb, qaz tullantıları və təhsillə bağlı hədəflər yerinə yetirilib və Avropa enerji təminatı və bərpaolunan enerji resursları ilə bağlı işləri müvəffəqiyyətlə davam etdirir. Buna baxmayaraq, tədqiqat və innovasiya sahələrinə sərmayələrin sayı daha da artırılmalı və həmçinin kasıblıq və sosial təminatla bağlı işlərə daha çox diqqət verilməlidir.

  Hazırladı: Könül Hilal