Avropa Azərbaycanda

“Arzuların komandası 1935” filminin nümayişi

2018/10/08 / 53

Cenevrə, İsveçrə, 1935-ci il. Avropa birləşmək üçün mübarizə aparır, və Millətlər Birliyi vasitəsilə Woodrow-Wilsonun birləşmiş Avropa ideyası tətbiq edilir. 1920-ci illərdən etibarən, Amerika missionerləri avropalıları basketbol adlandırılan yeni idman növü ilə tanış etməyə çalışırlar. İlk basketbol üzrə Avropa çempionatı tezliklə keçiriləcəkdir. Milli komandalar ilk dəfə bir biri ilə görüşürlər. Hər kəs ilk çempion olmaq şərəfinə sahib olmaq istəyir.

 

Bu zaman, Latviyanın baş məşqçisi Baumanis komandanı toplaya biləcəyinə və Cenevrəyə gedə biləcəyinə əminliyini bildirir. Lakin, səfər boyu o, başa düşür ki, qələbə və müdafiə bu oyunun bir hissəsidir. Baumanis bir çox çətinliklərlə qarşılaşır, eləcə də yaxın adamların gözlənilməz köməyinin şahidi olur.

 

Real hadisələrə əsaslanaraq, bu film 1935-ci ildə İsveçrənin Cenevrə şəhərində ilk Avropa Basketbol Çempionatının hekayəsini izah edir; sonunda Latviya komandası böyük bir qalibiyyət qazanır və Avropa çempionu olur.

İl: 2012

Ölkə: Latviya, İsveçrə

Rejissor: Aygars Grauba

Janr: Bədii

Baş rollarda:Yanis Amanis, İnqa Alsina

Sürəklilik: 120 dəq

Dil: Latviya

Altyazısı: İngilis

 

Treyler: