Avropa Azərbaycanda

Antal Reveszin sərgisi

2019/02/07 / 102

Səbinə Rza

06 fevral 2019-cu il tarixində İbrahim Əbilov adına mədəniyyət mərkəzində Macarıstanın tanınmış qrafist Antal Reveszin sərgisi keçirilib. Sərgidə YUNESKO-nun Dünya İrsının və Avropa Nostra mükafatına layiq görülən Macarıstan obyektlərinin rəsmləri təqdim olunub. 

Antal Revesz və onun həyat yoldaşı Judit Wigner XX əsrin 50-ci illərində birgə çalışıblar.  Hər ikisi tanınmış qrafik dizayn ilə məşqul olublar.  

Onlar, heç zaman çap olunmayan orijinal işlərinin bir çoxunda daha canlı rənglərdən istifadə ediblər. Cütlüyün bir neçə əsəri Amerika hippi mədəniyyətinin vizual dünyasına bənzər motivlər və dizayn elementlərini özündə əks etdirib.