Bu gün sizə hər birimizin tanıdığı bir əsər haqqında danışmaq istəyirik. Bu əsəri ya oxumuşuq, ya cizgi filminə baxmışıq ya da filmini seyr etmişik, amma haqqında məlumatımız mütləq var. Söhbət “Alisa Möcüzələr Diyarında” əsərindən gedir.  97-dən çox dilə tərcümə olunan bu əsər yazıldığı tarixdən bu günədək, daha dəqiq yazsaq, 1865-ci ildən etibarən aktuallığını qoruyub saxlamağı bacarır.

Əsər,  ingilis yazıçısı Charles Lutwidge Dodgson (Lewis Carroll) tərəfindən yazılıb. “Alisa Möcüzələr Diyarında”  əsərinin tarixçəsi, müəllif Charles və keşiş Robinson Dockworth-un Oksford Universitetinin prorektoru Henry Liddellin 13, 10 və 8 yaşlarındakı 3 qızı ilə qayıq gəzintisi zamanı başlayır. Gəzinti maraqlı olsun deyə Charles qızlara Alisa adlı bir qızın darıxmamaq üçün necə macəra axtarışına çıxması ilə bağlı nağıl danışır. Nağıl o qədər maraqlı alınır ki, qızlardan biri və nə təsadüf ki, məhz Alisa adlı olan qız, Charlesdan danışılanları qələmə alıb ona verməsini xahiş edir. Ertəsi gün Charles nağılın qısa xülasəsini yazılı şəkildə Alisaya təqdim edir. Təəssüf ki, ilk əl yazmasının aqibəti məlum deyil. 1 aydan sonra qızlar Charles ilə təkrar qayıq gəzintisinə çıxır və bu gəzintidən sonra müəllif artıq əsəri yaratmağa başlayır. 2 il sonra Charles Alisa adlı balaca qıza “Alisanın yer altındakı macəraları” əlyazmasını təqdim edir. Charles ilə yanaşı, keşiş Robinson isə yazılanları illüstrasiyalar yardımı ilə canlandırır.

 

Əsər ilk dəfə 1903-cü ildə ekranlaşdırılır və 12 dəqiqəlik film olaraq Britaniya kinomotoqrafiyasının ilk ən uzun filmi olur.

2010-cu ildə isə Hollivud ulduzları Johnny Depp və  Anne Hathaway iştirakı ilə rejissor Tim Burton əsəri yenidən canlandırır.

“Alisa Möcüzələr Diyarında”   əsərini müəllifi Charles Lutwidge Dodgson isə 1832-ci ildə məhz Yanvar ayının 27-də anadan olub. İxtisasca həm də riyaziyyatçı olan Charles, sözügedən əsəri ilə ingilis ədəbiyyatının fantastik janrının siması seçilməyə layiqdir. 


Yazdı: Könül Hilal