Avropaya səyahət

Aİ ölkələrinə sərfəli səyahət etmək üçün məsləhətlər.

2018/05/16 / 181

Aİ həm fərqli, həm də maraqlı əraziləri əhatə edir.

Burada 50-də çox dildə danışılır ( onlardan 24-ü rəsmi dildir) və bura elə bir yerdir ki Gran Kanariada, Atlantik okeanında üzə-üzə Tromsodakı Şimal Qütbs Dairəsindəki Qütb pariltilarını izləyə bilərsiniz. Avropa İttifaqının ərazisində hər şey var: isti sahil, hündür dağlar, iri şəhərlər, sərin kəndlər. Polşa sizi öz səhraları, Şimali İspaniya yaşıl meşələri, Malta Aralıq dənizinin dadlı balıqları ilə təəccübləndirəcək.

Ən önəmlisi, Avropa İttifaqı sizə kəşf etmək üçün bir çox imkanlar təqdim edir. Burada siz, tələbələr ən sərfəli formada necə bu imkanlardan istifadə etmək haqqında məsləhətlər əldə edəcəksiniz.

Tələbələri bir araya toplaya bilən təşkilatlardan biri “AEGEE”-dir. Bu tələbə təşkilatı Avropanın hər yerindən və fəaliyyat göstərdiyi 200 akademik şəhərdən (eyni zamanda Azərbaycan, Belarusiya, Ermənistan, Gürcüstan, Moldova Respublikası və Ukraynadan) 13 000-dən çox üzvü bir araya toplayır. Onun əsas məqsədi ümumi Avropa ideyasını gənclər arasında təbliğ etməkdir.

Təyyara ilə səyahət çox zaman avtobusla səyahətdən daha ucuz olur.

Özünüz səyahət etmək istəyirsinizsə, təyyara ilə səyahətin avtobusla səyahətdən daha ucuz olduğunu bildiyiniz zaman təəccüblənəcəksiniz. Əgər ucuz qiymətə ucuş əldə edə bilsəniz, sizin üçün sonsuz səyahət imkanları yaranacaq.