2019-cu il 6-7 dekabr tarixlərində ADA Universitetində “Dayanıqlı və Yaşıl İqtisadiyyata Keçid” mövzusunda Avropa İttifaqı Şurası Simulyasiyası keçirildi.

Avropa İttifaqının qərar qəbul etmə prosesi, Aİ-nin müzakirə masasında olan qlobal problemlərə toxunmaq və onların həllində töhvə verməyə marağı olan gənclər simulyasıyada iştirak etdilər.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas giriş nitqi ilə tədbirin mövzusunun və ətraf mühitin dünyanın hər bir vətəndaşı üçün vacibliyini vurğuladı.



Gənc iştirakçılar təzyiq altında işləmək və stres vəziyyətlərdə düzgün qərar qəbul etmək bacarığını inkişaf etdirdi, eləcə də “yumşaq bacarıqlar” adlandırdığımız danışıqları aparmaq, komanda ilə işləmək, ictimai çıxış və peşəkar əlaqələrin qurulması kimi bacarıqlara yiyələndi.



Avropa İttifaqı Şurasının toplantılarında Aİ üzv ölkələrinin nümayəndələri təmsil etdiyi ölkələrin maraqları və onların yürütdüyü siyasətlə bağlı müzakirələr aparır.

Tədbir Azərbaycan Gənc Avropa Səfirləri (GAS) tərəfindən təşkil olunur.
Gənc Avropa Səfirləri təşəbbüsü Avropa İttifaqına üzv ölkələr və Şərq Tərəfdaşlığı ölkələrindən olan (Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna) gənclər və gənclər təşkilatları arasında əməkdaşlığı və qarşılıqlı əlaqələri gücləndirmək məqsədi daşıyır.