Hər il 15 yanvar tarixində Rumıniyalılar Milli Mədəniyyət Gününü qeyd edirlər.



Bu tarix Rumıniya mədəniyyət tarixindəki əhəmiyyətliliyinə görə seçilmişdir – bu tarix Rumıniyanın dahi şairi Mihai Emineskunun (1850-1889) anadan olması ilə bağlıdır. Bədii üslubu, yaradıcı dahiliyi və ən sonda şəxsi həyatı sayəsində Eminesku romantik ruhun mükəmməl ifadəsi olmuşdur. Onun bədii irsi (poemaları, romanları, qısa hekayələri və nəşrləri) 19-cu əsrin ikinci yarısında iyirmi ili keçmiş bir dövrü (təqribən 1866-1883) əhatə edir. Yazıları ilə yanaşı, Emineskunun qalıcı mirası onun Rumıniyanın müasir dilinin və bədii ifadəsinin zənginləşməsinə verdiyi misilsiz töhfəsidir.

   Rumıniyanın Mədəniyyət Günü ilə bağlı Rumın bəstəkarı Corce Eneskunun Bakının Binəqədi rayonunda yerləşən abidəsi önündə Rumıniyanın Milli Günü qeyd olunub.



 Corce Enesku (1881-1955) tanınmış bəstəkar, skripkaçı, pianist, dirijor və müəllim olmuş və bu gün Rumıniyanın ən görkəmli musiqiçisi hesab edilir. Bu möcüzəvi uşaq, Enesku, musiqi bəstələmək təcrübələrinə erkən yaşlarından başlamışdır. O, hələ yeddi yaşında olarkən, Vyana Konservatoriyasına tarixi boyunca qəbul edilən ən gənc tələbə olmuşdur. Enesku əsərlərinin bir çoxu ilhamını rumın xalq musiqilərindən almışdır. Rumıniya Rapsodiyaları (1901, 1902), Oedipus (1936) operası və orkestr üçün suitaları onun ən məşhur bəstələrindəndir. Onun karyerasının şərəfinə, eləcə də Rumıniyaya və dünya musiqisinə verdiyi töhvələrinə görə Buxarest Avropada ən böyük müsabiqələrdən birinə - Corce Enesku Beynəlxalq Festivalına ev sahibliyi edir.

Bu ilki buraxılış 29 avqust-20 sentyabr tarixlərində baş tutacaqdır.
 
Mənbə: Rumıniyanın Azərbaycandakı Səfirliyinin Rəsmi Facebook Səhifəsi