Avropada Təhsil

Venesiya: Təhsiliniz üçün ideal məkan.

2017/07/19 / 201


Venesiya tayı bərabəri olmayan bir şəhərdir. Küçələr və maşınlar yerinə qayıqlar və kanallarla kəsişən bu şəhər sizə unudulmaz təcrübələr yaşadacaq. Venesiyanın hər qarışı tarixi erkən orta əsrlərə qədər uzanan incəsənət və memarlıq nümunələrinin gözəlliyi ilə insanı heyran qoyur və şəhərin qeyri-adi görünüşü onun şərq və qərb mədəniyyətlərini özündə birləşdirən zəngin ticarət limanı tarixini əks etdirir. Venesiyanın əsrarəngiz keçmişi qədər maraqlı və diqqətəlayiq olan müasir tərəfi də vardır. Digər şeylər arasında Venesiya dünyanın ən önəmli iki ildən bir keçirilən müasir incəsənət və memarlıq tədbirlərinə ev sahibliyi edir və beləliklə də, bu şəhər bütün dünyanın ən nüfuzlu mədəniyyət xadimlərini öz laqununa toplayır. Müasir, davamlı və məhəllə həyat tərzi sevən insanlar üçün Venesiya idealdır, çünki, şəhərin piyada mərkəzi sizə dərsə, ərzaq mağazasına gedərkən və ya dostlarınızla görüşməyə gedərkən piyada getmək yaxud ictimai su yolu avtobuslarından istifadə etmək imkanı yaradır.

Venesiya, həmçinin, İtaliyanın ən qabaqcıl tədqiqat universitetlərindən biri olan Ca’Foscari Universitetinə də ev sahibliyi edir. Venesiyanın özü kimi, bu universitetin də uzun tarixi var. 1868-ci ildə İtaliyanın ilk iqtisadiyyat məktəbi kimi əsası qoyulmuş bu universitet artıq 150-ci ildönümünü keçirmək üzrədir. Universitet, hal-hazırda, dünyanın ən öncülləri sırasında yer alan müasir dillər və iqtisadiyyat sahələri başda olmaqla, bir çox təhsil sahələrində müxtəlif dərəcələr təklif edir. Ca’Foscari Universiteti yeni cığır açacaq bir tədqiqata yönəlmişdir, belə ki, onun tədqiqatçılarının əksəriyyəti ən rəqabətli Avropa qrantlarının sahibləridir – universitet bu il digər İtaliya universitetləri ilə müqayisədə daha çox Mariya Küri təqaüdü qəbul etmişdir.

Ca’Foscari təxminən 20.000 tələbənin təhsil aldığı orta ölçülü bir universitet olduğundan, tələbələri birinci kursdan etibarən gözlədikləri bütün resurs və xidmətlərlə təmin edəcək qədər böyük, eyni zamanda, tələbələrin izdihamda itməyəcəkləri qədər kiçikdir - tələbələr (daha çox ‘Cafoscarini’ adlandırılırlar) həqiqi bir cəmiyyət anlayışı yaradırlar-. Bu anlayışı bir daha sübut edərək universitet xarici tələbələri onlara imtahanlara hazırlaşmaqdan tutmuş kapuçino hazırlamağa qədər hər şeydə kömək edən italyan tələbələrlə yerləşdirərək yeni gələnlərə kömək etmək məqsədi ilə Dost Proqramları da təklif edir. Həmçinin, Venesiyada tələbə həyatının digər mühüm tərəflərində köməklik göstərən Qarşılama, Mənzil və Maliyyə yardımı ofisləri də fəaliyyət göstərməkdədir. Və, Ca’Foscari Universiteti tələbələrinin hər tərəfli təcrübə qazanmasını istədiyi üçün dərs proqramından kənarda da bir çox əyləncə və tədbirlər təklif edir. Bunlardan ən məşhuru şəhər ətrafında və şəhər içində əjdaha qayıq çəkmə festivalıdır.

İstər bilik və bacarıqlarını inkişaf etdir, istərsə də şəhərin müasir və tarixi mədəni xəzinələrini kəşf et, Venesiyada Ca’Foscari Universitetində təhsil almaq insanı hər an ilhamlandırır. Ca’Foscari Universiteti haqqında daha geniş məlumat almaq üçün universitetin ingilis dilində olan vebsaytına baş çəkin.

Universitetin Flickr hesabından götürülmüş şəkil

Ca’Foscari Universitenin binası