Avropa Azərbaycanda

Trio Initiatives qrupunun konserti

2018/09/14 / 276

20 oktyabr tarixində, saat 20.00-da, Bakıda, Beynəlxalq Jazz Festivalı çərçivəsində, Rotunda Jazz Club-da Trio Initiatives qrupunun konserti təşkil olunacaq. Jan-Kristof Şole (fortepiano) yeni trio üçün Qildas Boklen (kontrabas) və Simon Berniye (baraban) ilə ifa edir.

Aydın istəklə, öz musiqisi üçün yeni istiqamət kəşf etmək məqsədi ilə, bu nəsillər-arası qörüşdən ilhamlanaraq, o, qərara alır ki, öz yaradıcılıq axtarışlarını daha müasir bədii cərəyana yönəltsin. Şərait üç sənətçiyə öz müsiqilərini qarşılaşdırmağa, ənənəni, birlikdə olmanı və təşəbbüsləri birləşdirib, özlərinə məxsus stillərini yaratmağa imkan verir. 
Bu sadəcə pianistin müşaiyəti ilə olan bir ritm-seksiya deyil, bu üç nəfərin həqiqi yoldaşlığıdır. Yazılı və improvizəli əsərlər öz tarazlıqlarını tapacaq və hər kəsi sərbəst ifadəyə, açıq mühitə buraxacaqdır.

Bu konsert Fransanın Azərbaycandakı Səfirliyi, Institut Français d'Azerbaijan, Baku International Jazz Festival-ı tərəfindən və
Turkish Airlines hava yollarının dəstəyi ilə təşkil olunur.

Ünvan: Rotunda Jazz Club, Landmark, Nizami küç. 90A
Biletləri iTicket.az saytında əldə edə bilərsiniz:
https://iticket.az/events/jazz/jean-christophe-cholet-s-trio-initiatives/4195