Avropa Azərbaycanda

The BRA filminin nümayişi

2019/01/28 / 43

The Bra (2018)

Sürücülük: 90 dəq.
Ölkə: Almaniya, Azərbaycan
Rejissor: Veit Helmer
Janr: Poetik komediya

Filmin süjeti: Qatar sürücüsü Nurlan təqaüdə çıxmazdan öncə sonuncu dəfə Bakıya yola düşür. Amma bu dəfə qatar məhlədən keçərkən paltar zivəsini ikiyə bölür və göy rəngli qadın alt paltarı qatara ilişir. Və bununla da Nurlan həyatının ən macaralı səyahətinə başlayır. O Bakıda balaca otaq kirayə edərək öz axtarışına başlayır. O qatar boyu yerləşən evlərə gedərək alt paltarın sahibini axtarır.

Rejissorun avtobioqrafiyası: Veit Helmer ilk filmini 14 yaşında çəkmişdir. O Alman divarları dağılmamışdan 3 ay öncə Ernst Busch Akademiyasında təhsil almaq üçün Almaniyanın qərbindən şərqinə köçmüşdür. 1991-1996-cı ildə Münhendə rejissorluq fakültsində təhsil alır. Onun Tuvalu, Absurdistan və Baikonur filmləri Kann, Venesiya və Sandans kimi film festivallarına dəvət almışdır. Onun filmləri ümumilikdə 180 mükafata layiq görülmüşdür.

Müəlliflər: Veit Helmer, Leonie Geisinger
Aktyorlar: Predrag ‘Miki’ Manojlović, Paz Vega, Chulpan Khamatova, Denis Lavant, Maia Morgenstern
Dil: Səssiz


Treyler:


GİRİŞ SƏRBƏSTDİR