Avropa Azərbaycanda

Sülhə çağıran universal dil - Teatr

2017/10/08 / 878

... Xəyal edin bütün insanlar həyatlarını sülhdə yaşayırlar...

... Xəyal edin bütün insanlar bütün dünyanı bölüşürlər.

Siz deyərsiniz ki, mən xəyalpərəsətəm, ancaq mən tək deyiləm...

Bu sözlər məşhur ifaçı “John Lennonun– Imagine” mahnısındandır. Bu mahnı bəlkə də 20-ci əsrdə səslənmiş ən gözəl, sadə və sülhpərvər mahnılardandır və bəlkə də dünyada elə bir şəxs yoxdur ki, bu mahnını ötəri belə eşitməsin. Çox insan deyər ki, sülhpərvər olmaq mərdlikdən deyil, ancaq sülh daha çox cəsarət və daha böyük qurbanlar tələb edir. Bir çoxları da deyər ki, sülhpərvərlik xəyalpərəstlikdir. Lap mahnıda deyildiyi kimi. Ancaq bir daha qeyd edək ki, biz tək deyilik.

Doğurdan da sülhpərvərlik böyük cəsarət və iradə tələb edir. Xüsusilə də əyər sən uzun illərdir müharibə şəraitində olan dövlətin vətəndaşısan. Xüsusilə də əyər səni əhatə edən cəmiyyət daim müharibə xohfu içində yaşayır və təhlükənin bu dəfə necə və hardan gələcəyini bilmir. Bu səbəbdən də daim qorxu, silah və ordu ilə tərbiyyə alıb. Belə şəraitdə yaşayan və daim cəsarət və iradəsi ilə seçilən “xəyalpərvərlərdən” biri İsraildə yaşayan və fəailiyyət   göstərən Edna Angelica Calò Livnédir.

Xanım Edna Angelica Calò Livné 2002-ci ildə İsrailin Galileya şəhərində bir-birilərini tanımaq istəyən müxtəlif dini və etnik qrupları öz ətrafına yığaraq “Beresheet LaShalom” Göyqurşağı Teatr Qrupunu yaradır. Burada yəhudilər, fələstindən olan müsəlman və xristianlar, druzlar və digərlər bir araya gəlirlər. 2004-cü ildə Beresheet LaShalom Fondu rəsmi şəkildə qarışılıqlı hörmət və dözümlülüyü Universal Dil olan İncəsənət vasitəsi ilə öyrətmək üçün institutlaşır. Dialoq üçün təhsil vasitəsi kimi onlar – teatrı, musiqini, seminarları, şəxsi görüşmələri, insanlara şəfqətli dinləmələri öyrətmək və əlçatan etməyi vasitə seçirlər. Həmçinin, Beresheet LaShalom tənqidi düşüncəni və bütün etiqadlardan olan yaradıcı uşaqlara və gənclərə gələcək yaradıcılıqlarında yardım etməyə yönəlmiş fəaliyyəti əsas məqsədi kimi götürür. Bu fondun məqsədi daha da düşünülmüş şəkildə və empatiya hissi ilə müxtəlif mədəniyyətlərlə dil tapa biləcək yeni nəsil yaratmaqdır.

Edna Angelica Calò Livnéni dili ilə desək: ""Müxtəlif mədəniyyətləri, fərqli dinlərdən, irqlərdən və millətlərdən olan insanların ənənələrini anlamağı, uşaqlarınıza çox gənc yaşlarında öyrətməlisiz".

Bütün bu fəaliyyətin ideya müəllifi və icraçısı olan xanım Edna Angelica Calò Livné 2000-ci ildə İsrail ilə Fələstin arasında intifada başlanan kimi öz daxilində sıxıntı hiss edərək bütün bunu dəyişmək üçün nəsə etməyin vacibliyini anladı. O, seçim arasında idi - sakit duraraq bütün bu dəhşətli hadisələrin insanları necə məhv etdiyini, sağ qalanları isə necə də dərin kin və nifrətə qərq etdiyinin şahidi olmaq, ya da daxilən toparlanaraq bütün gücü və iradəni ortaya qoyub dəyişiklik etmək. O, vicdanı və məsuliyyət hissi ilə bütün bu hadisələrdən əziyyət çəkən uşaqlara yardım etmək qərarına gəlir. Teatrlarının ilk xərclərini o ailə vəsaiti vasitəsi ilə ödəyir. O, fəaliyyətinə başlayarkən əlində kiçik vəsaitdən başqa heç nəyi yox idi. Ətrafındakılarının onu əməllərindən çəkindirmə cəhdlərinə baxmayaraq Angelica fikirindən dönmür. Əksinə, uğurlarından sonra insanlar onunla maraqlanır, hətta yardım etməyə başlayırlar. İndi Angelicanın uşaqları teatr tendinə aparan mikroavtobusu var. O, hal-hazırda terrorizmdən əziyyət çəkən uşaqların təhsili ilə bağlı məqalələr və kitablar üzərində çalışır. Ərəb və yəhudi gənclərinin dialoqlarında aktiv iştirak edir. O, gənclərə səhnə dərsləri və incəsənət seminarları keçir.

Agelica Livné dəfələrlə təkar edir: "İnanıram ki, içində zəngin olan, varlığını sevən, özündə və inancında əmin olan şəxs, başqalarını şərtsiz sevə və qəbul edə bilər. Onun öz üstünlüyünü, özünü və imanını başqalarına zorla yeritməyə ehtiyac yoxdur ".

 Bu səbəbdən də Angelica Livné 2005-ci ildə Sülh üzrə Nobel mükafatına namizəd olur. Angelica Livné 12-20 oktyabr tarixlərində keçiriləcək Imagine Euro Tolerance Festivalında məşhur Beresheet LaShalom Göyqurşağı Teatrının 12 gənc aktyoru ilə Bakı tamaşaçılarının qarşısında çıxışı planlaşdırılır. Eyni zamanda Angelica Livne Azərbaycanın Universitetlərində, dini icmalarında, Quba rayonunda yerləşən və dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbədə yerli icma nümayəndələri ilə görüşü gözlənilir.

Bəli, Azərbaycan öz multikulturalizmi və dözümlülüyü ilə seçilən, müxtəlif xalqların və dinlərin asanlıqla qarışılıqlı sayğı və sülh içində yaşadığı bir ölkədir. Avropa İttifaqı da öz tərəfindən bu dəyərlərin təbliğində və qorunmasında daim Azərbaycanın yanındadır. Bu səbəbdən də Beresheet LaShalomun məhz Bakıda və məhz Imagine Euro Tolerance Festivalında iştirakı Bakıdan bütün dünyaya bir mesajdır.

Müəllif: Orxan Nəbiyev