Avropa Mədəniyyəti

Street Food: Avropanın dadına baxmağın digər yolu.

2017/07/19 / 233

Bəlkə də hər kəs küçədə hazırlanan və bişirilən yeməklərin ən qədim izlərinin sivilizasiyamızdan əvvəl təxminən on min il əvvələ aid olduğunu bilmir. Yunanlar artıq Misir ənənəsi olan balığın qızardılması və onun küçədə satılması ənənəsini yenilədilər. Bu ənənə Yunanıstandan Roma dünyasına keçərək, öz saysız-hesabsız variantlarını tamamilə dəyişərək zənginləşib. Həmin vaxtı kasıb əhali mətbəxi olmayan evlərdə yaşayırdı, buna görə də insanlar küçədə yeyərdilər. Bu səbəbdən də Street Food əsrlərdir ki, sivilizasiyamızın təkamülünü müşayiət edir. Bəlkə də bu, Street Food haqqında böyük anlaşılmazlıqdır: Street Food az imkanlı insanların qidalanması üçün ilkin zərurətdən yaranıb ki, bu da həmişə keyfiyyətsiz qida sayılıb. Xüsusilə qloballaşma dövründə Street Food öz ənənə və fərqli xüsusiyyətlərini təmsil edir. Street Food təkcə fenomen dəbi deyil, o həm mədəniyyətin yemək və onun kökləri ilə minillik münasibətlərini yaşamanın yeni yoludur ki, onu hər gün yeniliklərlə, təəccüblü, praktiki və ən əsas isə dadlı formada yenidən icad edir..


Avropada Street Food bazarlarının ən yaxşı istiqamətləri: Helsinki, Bristol, Berlin, Madrid və Palermodur. Finlandiyanın paytaxtında təzə qızıl balıq və siyənək balığı yemək üçün, şəhərin ən vacib bazar meydanı olan Kauppatoriyə getmək lazımdır. Berlində dəyişkən sənaye ərazilərində bir neçə növ Street Food-dan həzz almaq üçün NeueHeimatdi Friedrichshain başlanğıc nöqtə sayılır. Palermoda meuza və qızardılmış qida ilə hazırlanan sendviçlər, Siciliyalılar üçün böyük əhəmiyyət kəsb edən Ballaro bazarının əsas qəhrəmanlarıdır: Madriddə müstəqil istehsalçılar ilə görüşmək və nümunə yeməklərini dadmaq üçün Madreat bazarına baş çəkmək vacibdir. Bristol heç vaxt sizin təxəyyülünüzün bir hissəsi olmasaydı, bəlkə də siz, Eats Bazarını tanımazdınız, hansı ki, burada Street Food yük maşınlarında anında hazırlanan bişmiş mal əti peçenyelərindən vegeterian yeməklərinə qədər dəyişən seçim var..

Lakin Street Food-un arxasında bütövlükdə bir dünya var: Avropaya növbəti səfərinizdə bu yerli xüsusilikləri unutmayın:?

  • FLEISHKӒSE (Almaniya): Cənubi Almaniyaya aid olan pendirli ət. Adətən sendviç və az xardallaservis edilir.
  • OLIEBOL (Hollandiya): Hollandiyanın ponçikləri meyvə və ədviyyatlarla zəngindir.
  • TUNNBRӦDSRULLE (İsveç): Yapışmayan və yumşaq xəmirlə bürünmüş sosis və püre.
  • GOFRY (Polşa): Səhər yeməyi zamanı və ya soyuq qəlyanaltı kimi yeyilə bilən cemlə doldurulmuşvə ya içinə krem yaxılmış şirin kökələr.
  • PIROZHKI (Rusiya): Aypara şəkilli delikateslər. Street Food kimi dadına baxmaq və ya şorba iləservis etmək olar.
  • VARENYKY (Ukrayna): Pelmen. 50 müxtəlif ləzzətləri mövcuddur.
  • KORVAPUUSTI (Finlandiya): Nəhəng şişman darçınlı peçenye.
  • BUREK (Sloveniya): Ət və ya pendirlə dolu bükülmüş makaron. Ljublajanada o kəsmik, kələm və sosisdən hazırlanır..
  • CHURROS (İspaniya): İspaniya şirniyyatları çatlaq və şəkər tozu əlavələrinə əsaslanır.
  • CROCCHE (İtaliya): Kartof, pendir və yumurtadan ibarət dadlı kroutonlar.
  • PASTIZZI (Malta): Kəsmikli pendir və ya noxud ilə doldurulmuş xırçıldayan peçenye.
  • KÜRTOSKALÁCES (Macarıstan): Şirniyyata spiral forması verən və sobada taxta rollerdən istifadəedərək bişirilən, nazik doğranmış və şirinləşdirilmiş çörək.
  • KOULOURI (Yunanıstan): Feta yaxud zeytunla və ya təbii yeyilən halqavari çörəklər.
  • PASTEL DE NATA (Portuqaliya): Portuqaliya qənnadı. Yumurtadan hazırlanır.
  • TRDELNÍK (Çexiya Respublikası): Xırçıldayan boru şəkilli şirniyyatları, bol-bol şəkər və darçın səpilərək sobada bişən şirin çörək növüdür.