Dünyanın hər yerindən səyahətçilər ilin ən gözəl ölkələrini seçiblər. Şotlandiya — Rough Guides oxucularının səs verməsinə əsasən dünyanın ən heyranedici ölkəsi seçilib.


 
Valehedici çimərliklər, dərin göllər və qayalı qəsrlər dünyanın ən məftunedici və gözəl yerlərindən hesab olunurlar. Və bunlara min illik bir tarix, bütün həyatınız boyu dada biləcəyiniz ən yaxşı viski və qolf oynamaq, gəzmək yaxud velosiped sürmək üçün əla yolları əlavə etsəniz, həqiqətən xüsusi bir yer qarşımıza çıxır.