Həftəlik tədbirlər gündəliyi

“SEVEN” – sənədli tamaşası

2017/07/19 / 89

“Seven- sənədli tamaşası 2017-ci il iyunun 20-də saat 16:00-da İsveç İnstitutunun,

İsveç Səfirliyinin və Azərbaycanda Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakıda (Yarat Müasi rİncəsənət Mərkəzində) səhnələşdiriləcək. Sənədli tamaşanın ən çox diqqət çəkmə səbəbi budurki, “Seven” dünyanın müxtəlif yerlərindən rifahı, ailələri və övladları üçün cəsarətlə mübarizə aparan yeddi qadının gerçək həyat hekayəsindən bəhs edir: Rusiyada qadınların ailədaxili şiddətdən mühafizəsi, Kambocada qızların insan alverindən xilas edilməso, Qvatemalada yoxsullara dəstək, Əfqanıstanda ucqar ərazilərdə yaşayan qadınlara yardım, Nigeriya və Pakistanda qadınların təhsil almaları və hüquqları üçün mübarizə aparılması, Şimali İrlandiyada sülhün və bərabərliyin yayılması. “Seven” hal-hazırda dünyanın 20-dən çox dilinə tərcümə olunub və 32 ölkədə tamaşaçılara nümayiş etdirilib! Növbəti dayanacaq Azərbaycandır.