Son xəbərlər

''Şəhərdən sovqat var'' layihəsinə start verilir!

2018/12/17 / 350
Yeni il  ərəfəsində Azərbaycanın ucqar bölgələrində yaşayan balaca dostlarımızı sevindirmək üçün ''Şəhərdən sovqat var'' layihəsinə start verilir!🎄🎄🎄
 
Əziz  dostlar! Bu layihəni əlbəttə, Sizlərin vasitəsilə həyata keçiriləcək! Hədiyyələri, şəkilli kitabları, oyuncaqları, puzzları balaca dostlarınıza göndərmək sizdən, birbaşa ucqar kəndlərə  aparmaq təşkilatçılardan😊
Layihənin məqsədi ucqar kəndlərdə yaşayan balaca balaları sizin daha az istifadə etdiyiniz, həmçinin  istifadəyə yararlı şəkilli kitab, oyuncaq (kəsici, iti olmayan ), rəsm albomu, çanta və karandaşlarla sevindirməkdir. 👫👫👫
İlk hədəf İsmayıllı rayonunun ucqar dağ kəndi olan İstisuya getmək və Sizlərin hədiyyələrini Şaxta nənə və Qar qız ilə onlara çatdırmaqdır. ☃
 
Bu möhtəşəm layihəyə dəstək verəcəyinizə inanır və minnətdarıq. Lütfən  yolumuzu gözləyən balaca dostlarımızın təbəssümünə Siz də səbəb olun. Hədiyyələrin son  toplanma tarixi  23 dekabr 2018-ci il. Hədiyyələri təqdim etmək istəyənlərdən xahiş edirik 0504773476 nömrəsilə  əlaqə saxlayın. 

 Layihənin rəhbərləri - Ulviyyə Hacılı və Pərvanə  Rəhimli.