Avropaya səyahət

Rotterdam kitab sərgisi

2019/01/17 / 132

Səbinə Rza. 

Rotterdam kitab sərgisi seydiyiniz janrda olan kitab və multimedia avadanlıqlarını sərfəli qiymətə əldə etmək üçün ideal məkandır. Rotterdam kitab  sərgisi dünyada  iri miqyaslı yeganə kitab sərgisidir ki,  hər il  ətrafına minlərlə ziyarətçi toplayır.  Siz burada fərqli assortimentdə olan, sayı milyonlara çatan müxtəlif növ ləvazimatlarla rastlaşa bilərsiz. Buranı stolların üzəri müxtəlif janrda kitablar, multimedia və hobbi avadanlıqları ilə doldurulmuş, futbol meydançası qədər böyük olan ərazi qədər təsvir edə bilərsiz.

Sərgi uşaqlar üçün geniş miqyaslı hekayə kitabları, pazllar, oyuncaqlar, həmçinin elmi məqalələr, elm və texnalogiya, kompyuter, incəsənət,  müxtəlif növ peşə, novella, komiks, kulinariya, səyahət, mədəniyyət, musiqi, tarix, vəhşi təbiət və s. bağlı kitablar təqdim edir ki, bu da öz növbəsində buraya bütün kitab sevərləri, filosofları, elm sevərləri, incəsənət vurğunlarını, ələxüsusda uşaqları cəlb edir.

Bütün kitablar kateqoriyalara bölünür ki, bu da axtarışı daha da səmərəli edir. Axtarışı səmərəli edən vasitələrdən biri də burada məlumat masasının olmasıdır.

Rotterdam kitab sərgisi 4 gün davam edir. Sərgidə təqdim olunan bütün məhsullar 60% endirimlə satışa qoyulur. Kitabların əksərriyyəti  idxal olunmuş kitablardır. Burada  qüsurlu  və köhnə buraxılışdan olan kitabları    5 avrodan tutmuş 2 avroya qədər olan qiymətlərlə də ala bilərsiz.

Sərgiyə giriş sərbəstdir.