Son xəbərlər

Pukkelpop - 16 – 18 Avqust, 2017 – Hasselt, Belçika

2017/08/08 / 168

Pukkelpop festivalının ənənələrindən biri də festival ərəfəsində Boiler Party gecəsinin keçirilməsidir. Festivala gələnlər party əhval-ruhiyyəsinə isinməmişdən əvvəl, öz çadırlarını yaxınlıqdakı düşərgələrdə yerləşdirirlər.Pukkelpop ilk dəfə 1985-ci ildə Leopoldsburq şəhərinin “Gənc Humanistlər ” təşkilatı ( Humanistische Jongeren) tərəfindən başladılan və üç gün davam edən bir festivaldır. Pukkelpop açıq havada keçirilən alternativ festival olmamışdan əvvəl, kiçik, yerli musiqi tədbiri formasında keçirilirdi. İndi isə Pukkelpop Avropanın ən böyük musiqi tədbirlərindən biri hesab olunur. Festival 30 il boyunca inkişaf edən ictimai əlaqələr ilə yanaşı, bir çox təcrübələrin toplusudur.