Avropa Mədəniyyəti

Polşanın 100 illik müstəqilliyi

2018/12/05 / 57

Polşa bu il bir sıra müxtəlif tədbirlərlə 100 illik müstəqillik gününü qeyd edir. Elbphilharmonie, Polşanı diqqət mərkəzinə yerləşdirmək üçün imkanlar təqdim edir: üç ay boyunca NDR ansamblları, Polşa sənətkarları və qrupları Polşa musiqisinin bir çox müxtəlif tərəflərini nümayiş  edir.

Polşa min ildən çox tarixə malikdir, ancaq 1918-ci il xüsusilə yaddaqalandır: bu, ölkənin xarici boyunduruqdan azad edilib müstəqil respublika kimi yeni bir başlanğıc qoyduğu ildir. Lakin, azadlıq xəyalının yenidən yıxılması çox çəkmədi və polşalılar 1989-cu ilə qədər müstəqillik qazanmaq üçün gözləmək məcburiyyətində qaldılar.

1918-ci ildən əvvəl-Dövləti olmayan bir millət: 1772, 1793 və 1795-ci ildə Polşanın üç bölməsində Rusiya, Prussiya və Avstriya-Macarıstan imperiyası Polşanın ərazisini öz aralarında bölüşdürdü. Üçüncü işğaldan sonra, Polşadan geriyə heç bir şey qalmamışdı, ölkə xəritədən silinmişdi. Geridə qalan isə utanc və travma idi.

1918- Yenidən doğulma: "Müstəqil Polşa əhalisinin yaşadığı əraziləri əhatə edən müstəqil Polşa dövləti qurulmalıdır..." - 1918-ci ilin yanvarında ABŞ prezidenti Vudro Uilson Avropada müharibədən sonrakı sülh razılaşması üçün təkliflərini 14 pilləli plan şəklində hazırladı, bu 13-üncü pillə idi. 11 noyabr 1918-ci ildə gələcək Polşa dövlət başçısı Jozef Piłsudski, Alman işğalında olan Varşavanı  hərbi nəzarətə götürdü və Polşa Respublikasını müstəqil elan etdi. Ancaq yeni, müstəqil dövlətin sərhədləri aydın şəkildə müəyyən olunmamışdı və sonrakı illərdə qonşu ölkələrlə təkrarlanan münaqişələrə gətirib çıxardı.

İkinci Dünya Müharibəsi: Hitler və Stalinin 1939-cu ildə imzaladığı müqavilə nəticəsində, Polşa bir daha Sovet İttifaqının və Alman Reyxinin iki böyük gücünün arasında özünü tapdı. Almaniya 1939-cu ildə buranı işğal etdikdən sonra Polşa bir daha xəritədən itdi və Polşa xalqı üçün əziyyət dövrü başladı.

Müharibədən sonra: Polşanın  5 milyon sakini İkinci Dünya müharibəsi dövründə həyatlarını itirmişdi. Onların əksəriyyəti yəhudi icması və ölkənin elitası kimi qəsdən qətlə yetirilmişdi. Paytaxt Varşava, 1945-ci ildə artıq xarabalıq idi. Müharibədən sonra Polşa sərhədləri bir daha dəyişdi və təxminən iki milyon adam başqa əraziyə köçürüldü. Polşanın İkinci Dünya Müharibəsi sonunda qaliblərin tərəfində olmasına baxmayaraq, ölkə Sovet İttifaqının təsirinə düşdü və kommunizm siyasi sistemi quruldu.

1989-cu ilə qədər-Polşa Respublikası: İkinci Dünya müharibəsindən sonra Polşanın yenidən qurulması çətin şəraitdə baş verdi: siyasi və mədəni təcrid, anti-demokratik liderlik və səmərəsiz iqtisadi sistem yenidən qurulmanın digər Avropa ölkələrindən daha gec baş verməsinə səbəb oldu. Kənd təsərrüfatı kollektivləşmişdi, siyasi azadlıq və media məhdudiyyətlərə məruz qalmışdı, iqtisadiyyat dayanmışdı, gündəlik məhsullar və ərzaq məhsulları çox vaxt təmin edilmirdi. İctimai təzyiqlərlə nəticələnən etirazlar Polşa Respublikasına müntəzəm olaraq təsir göstərmişdi.

1989 – Bu gün: Şərq blokunun dağılmasından sonra Polşa bir daha demokratik respublika oldu. Birtərəfli sistemin siyasi plüralizmə və dövlət tərəfindən idarə olunan iqtisadiyyatı azad bazar ilə əvəz etmək üçün çoxsaylı islahatlar gecikmədən tətbiq olundu. Şərqdən asılılığı Qərbə açılan bir qapı təqib etdi. Lech Walesa 1990-cı ildə Polşanın ilk demokratik seçilmiş prezidenti oldu. Polşa 1999-cu ildə NATO üzvü oldu və 2004-cü ildə Avropa Birliyinə qatıldı. 2015-ci ilin parlament seçkilərini sağcı mühafizəkar partiyası PIS (Hüquq və Ədliyyə) qazandı , və indiyədək bu Polşanın tək idarə sistemidir.