Həftəlik tədbirlər gündəliyi

OKTOBERFEST

2017/09/18 / 152

OCTOBERFEST

Hər il iki həftə ərzində, 16 sentyabrdan oktyabrın 4dək, Münhen Oktoberfest festivalına görə dünyanın pivə paytaxtı olur. Şahzadə Lüdviqin toyunu qeyd etmək üçün 1810-cu ildə yaranan festival, indiki zamanda dünyanın ən böyük populyar festivalına çevrilib. Bu günlərdə 6 milyondan çox adam Münih şəhərətrafı ərazisində böyük bir açıq hava sahəsi olan Theresienwiese'nin böyük stadionlarında yığılır. Oktoberfest, bazar ertəsi saat 10.00-dan 11.30-dək, şənbə, bazar və bayram günləri saat 9.00-dan 11.30-a qədər açıqdır. Pivə 22.30-a qədər verilir.

ƏYLƏNCƏYƏ NECƏ QOŞULMAQ OLAR?

MÜNHENƏ TƏYYARƏ İLƏ UÇURUQ

Münhenə təyyarə ilə uçmaq Münhenin 20 kilometr şimal hissəsində yerləşən Franz-Josef-Strauss hava limanına enəcəyi deməkdir. Şəhərə çatmaq üçün müxtəlif nəqliyyat vasitələri mövcuddur:

https://www.oktoberfest.de/en/article/Visit+Munich/Getting+there/Going+to+Munich+by+Plane/2298/

MÜNHENƏ QATAR İLƏ GEDİRİK

Münhenə qatarla getsəniz çox güman ki, Mərkəzi Dəmiryol Stansiyası Hauptbahnhof-a çatacaqsınız. Oradan Münhen ətrafında səyahət etmək və ya Oktoberfestə birbaşa getmək üçün müxtəlif imkanlar tapa bilərsiniz.

https://www.oktoberfest.de/en/article/Visit+Munich/Getting+there/Going+to+Munich+by+train/4047/

Oktoberfestə getməyin ən yaxşı yolu Münhenin ictimai nəqliyyat şəbəkəsidir. Yaxınlıqda park etmə imkanları olmadığı üçün avtomobillə getmək tövsiyə edilmir.

HARANI ZİYARƏT ETMƏK?

Oktoberfest hər kəs üçün açıq olan ictimai tədbir olduğu üçün giriş biletini tələb etmir. Tarixi stend istisna olmaqla digər müxtəlif stendləri sərbəst olaraq ziyarət edə bilərsiniz. Tarixi stenddə masa arxasında otursaz ödəniş etməlisiniz. Müxtəlif pivə zavodlarının stendləri böyükdür və böyük taxta masalarda minlərlə insanı yerləşdirə bilər. Münihin ən qədim və ən məşhur pivə zavodlarının böyük stendlərini qaçırmayın: Löwenbräu, Hofbräu, Paulaner, Spaten, Hacker-Pschorr və Augustiner. 

(Stendlərin xəritəsi aşağıda)
http://www.tuttobaviera.it/wp-content/uploads/2017/08/mappa-tendoni-oktoberfest.pdf

DİGƏR TƏDBİRLƏR

Oktoberfestin iki həftə boyunca Münhenin pivəxanaları və barları xüsusi gecələr və şənliklər təşkil edir. Xüsusilə məşhur Löwenbräu (Stiglmaierplatz) hər cümə axşamı, cümə və şənbə günləri saat 18.30-dan şəfəqə qədər pivə festivalını canlı musiqi ilə, populyar Dj-lər, Bavariya mətbəxinin ədviyyatları ilə və pivə kupaları ilə keçirir.

DAHA ƏTRAFLI…

https://www.oktoberfest.de/en/
http://www.muenchen.de/int/it/eventi/oktoberfest.html

Müəlliflər: Roberto Ghizzoni,Punhan Sultanov