Avropa Mədəniyyəti

O, bizi cəhənnəmə səyahətə apardı və tarixi dəyişdi: Dante Aligyerinin İlahi Komediyasının Əhəmiyyəti və Təsiri

2019/07/05 / 139

“Bura daxil olanlar bütün ümidlərini kəssinlər.” Bu yazı Cəhənnəmin qapısında qeyd edilmişdir – 1814-cü ildə Henri Fransis Keri tərəfindən İlahi Komediyanın ingilis dilində olan ilk tərcümələrindən birində təsvir olunmuşdur. 

Halbuki, bu, 1320-ci ildə Florensiyalı söz yazarı Dante Aligyeri (Dante Alighieri) tərəfindən çap olunmuş üç hissədən ibarət epik poema olan İlahi Komediyanı təşkil edən 14233 misradan yalnız bir sətirdir.

Bu epik poemada Dante birinci hissədə cəhənnəmin (İnferno) doqquz dairəsi, ikinci hissədə ərafın (Purgatorio) yeddi terrası və üçüncü hissədə cənnətin (Paradiso) yeddi göy sahəsi boyunca səyahətini təsvir edir. Səyahəti boyunca Dante miflər, klassik dövr, erkən xristianlıq və bibliya dövrü, orta əsr Avropasından bir çox tarixi şəxslər ilə qarşılaşır: Sokrat, Aristotel, Yuli Sezar, Kleopatra, Troyalı Helen, Böyük İsgəndər və bir çox digərləri.

 

Siz İlahi Komediyanın tək bir sətrini oxumamış ola bilərsiniz, buna baxmayaraq, onun sizə təsiri olmuşdur. İlahi Komediyada Dantenin Ölümdən sonrakı həyat haqqında baxışı İntibah (Renessans), Reformasiya dövrlərinə təsir etmişdir və müasir dövrün formalaşmasında bizə kömək etmişdir.

İlahi Komediyadan əsrlər boyu rəssamlar və heykəltaraşlar ilhamlanmışdır. Dante bizə Cəhənnəm haqqında baxışını təsvir etmişdir ki, bu, bizə təsir edib şüurumuzda qalır və nəticədə onun BotiçelliBleyk, DelakruaDali tərəfindən rəsmləri çəkilmişdir, Rodin heykəltəraşlıqda yaratmışdır – onun Öpüş əsəri Dantenin lənətlənmiş aşiqləri Paolo və Francesca-nı təsvir edir.

Xorxe Luis Borxes bildirmişdir ki, İlahi Komediya "ədəbiyyat tarixində ən yaxşı kitabdır", Tomas Eliot isə komediyanın təsirini bu şəkildə ümumiləşdirmişdir: "Dante və Şekspir öz aralarında dünyanı iki hissəyə bölür. Üçüncüsü mövcud deyil." 


Möhtəşəm hekayə Dantenin onları çatdırmaq üçün seçdiyi dildə daha güclü şəkildə təsvir olunmuşdur: həmin dövrə kimi İtaliyada bütün ciddi ədəbiyyat əsərlərində istifadə olunan Latın dilində deyil, Florensiya - Toskana dialektindədir. 14-cü əsrin əvvəllərində İtaliya müxtəlif dillərin kəsişdiyi bir məkan idi. Toskan dilinin Florensiya dialektində yazmaq İlahi Komediyanın cəlbedici olmasını məhdudlaşdıra bilərdi. Lakin əsər o qədər məşhurlaşdı ki, əsəri Dantenin doğma dilində qiymətləndirmək üçün İtaliyada savadlı insanlar özlərini Toskan dilinin Florensiya dialektinə uyğunlaşdırdılar.

Toskan dilinin Florensiya dialekti İlahi Komediya nəticəsində İtaliyanın "lingua franca" – danışılan ümumi dili olmuş, Florensiyanı İntibah dövrünün yaradıcılıq mərkəzi olmasına kömək etmişdir. Bu dil həmçinin Dantenin ədəbi nəsli olan BokaççoPetrarka-nın sonradan yaza biləcəyi dil olmuşdur – nəticədə sadəcə İtalyan dili kimi tanınır. Sözlərinin gücü sayəsində Dante bu gün danışılan İtalyan dilinin həmin fikrini yaratmağa kömək etdi.


Mənbə:

https://bigthink.com/tatiana-kiryuhina/dantes-the-divine-comedy-images-of-the-9-circles-of-hell
http://www.bbc.com/culture/story/20180604-dante-and-the-divine-comedy-he-took-us-on-a-tour-of-hell