Praqanın Məhəllə teatrı 1783-cü ildən bəri Avropada davamlı olaraq fəaliyyət göstərən ən gözəl və ən qədim teatrlardan biridir. Alman aristokrat qraf Nostitz Rinek tərəfindən tikilmiş bu teatr Praqa şəhərinə füsunkarlıq və mədəniyyət gətirmişdir. Bu heyrətamiz binanı tikmək üçün təxminən iki il vaxt sərf olunmuş, teatr rəsmi olaraq 1783-cü ildə Lessinqin “Emiliya Qalotti” əsərini təntənəli şəkildə ifa etməsi ilə açılmışdır.

Teatr tikilərkən Karl Universiteti (sağdan ilk qapı) ərazidə tıxac yaratması ehtimalına görə öz etirazını bildirdi. Qraf Nostitz Rinek imperatora məktub yazaraq onu teatrın tikintisinə icazə verməyə razı saldı. Əvvəllər yalnız alman və çex əsərləri səhnəyə qoyulurdu. Məhəllə teatrı, eyni zamanda, əsərləri həm yüksək, həm də aşağı zümrənin nümayəndələrinin izləyə bildiyi ilk teatr idi.

Məhəllə teatrının adı hər zaman Volfqanq Amadeus Motsartla yanaşı çəkilir. Bəstəkar bir neçə dəfə Praqaya səfər edərək burada əsərlər bəstələmiş və konsertlər vermişdir. 1787-ci ildə o, Məhəllə teatrında özünün “Fiaqorunun toyu” adlı operasını nümayiş etdirdi.

Əsərin coşqunluqla qarşılanmasından mütəəssir olan Motsart Praqa sakinləri üçün “Don Ciovanni” operasını bəstələdi və əsərin Məhəllə teatrında baş tutan dünya premyerasında özü şəxsən dirijorluq etdi. Bu opera möhtəşəm uğura imza atdı və “Don Ciovanni” əsəri, o cümlədən Məhəllə teatrı bu cür tarixə düşdü.

Məhəllə teatrı Motsartın şəxsən dirijorluq etdiyi yeganə teatr olduğuna və onun sonuncu operasının premyerası burada baş tutduğuna görə, hal-hazırda, teatr, əsasən, yalnız Motsartın proqramlarına ev sahibliyi edərək simvolik dirijora öz hörmətini bildirir. 

Səkkiz Akademiya Mükafatına layiq görülmüş “Amadeus” (1984) filminin əksər səhnələri Məhəllə teatrında çəkilmişdir. Filmin çəkilişi zamanı həmin dövrü əks etdirmək üçün auditoriyada yüzlərlə şam yandırılmışdır. Teatrın binası taxtadan tikilmişdi və çəkiliş zamanı kifayət qədər köhnəlmiş vəziyyətdə idi, buna görə binanın söküləcəyindən çox qorxurdular və şəhər bələdiyyəsi teatrda çəkilən hər bir səhnə zamanı ərazidə yanğınsöndürənləri hazır vəziyyətdə saxlayırdı.

Filmin çəkilişindən sonra 1980-ci illərdə Məhəllə teatrında yenidənqurma işləri aparıldı. Binanı təmir etmək üçün təxminən 50 milyon dollar sərf edildi və bu vəsaitin böyük hissəsi filmin çəkilişindən əldə edilmişdi. İnteryerin orijinal rəngləri qırmızı və qızılı olsa da, təmirdən sonra interyer açıq mavi və qızılı rənglərinə boyandı. 

Motsartın adı teatr tarixinin ən parlaq səhifələrini işıqlandırsa da, Məhəllə teatrı Avropada şöhrət qazanmış digər seçilən sənətkarların əksəriyyətinin diqqətini cəlb etmişdir. Karl Mariya fon Veber teatrın musiqi rəhbəri kimi fəaliyyət göstərmiş, skripka virtuozu Nikkolo Paqanini burada konsert vermiş; Artur RubinştaynQustav Mahler teatrda dirijorluq etmişdir. 

Motsart 5 dekabr 1791-ci ildə vəfat etdi. Motsartı əl üstündə tutan çox böyük kütlə var idi, ancaq dəfnində çox az adam iştirak etdi. İnsanlar tərəfindən sevilməsinə və məşhur olmasına baxmayaraq, Motsart səfalət içərisində öldü. İnsanların sevgisi naminə Məhəllə teatrı onun xatirəsini və musiqisini gələcəyə daşımağa davam edəcəkdir.



 

Mənbə:

https://www.mikesroadtrip.com/prague-estate-theatre/

https://www.pragueticketoffice.com/venue/the-estates-theatre/