Avropa Azərbaycanda

Məşhur İtalyan rəssamı Karavadjionun əsərləri Bakıda

2017/12/11 / 388

İtaliyanın Azərbaycandakı səfirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə dekabrın 14-dən Heydər Əliyev Mərkəzində keçiriləcək “Caravaggio-Opera Omnia” adlı sərgidə məşhur italyan rəssamı Karavadjionun əsərləri nümayiş etdirələcək.


Barakko cərəyanının parlaq nümayəndələrindən biri olan Mikalandjelo Merizi da Karavadjio (1571-1610), 17-ci əsr Avropa incəsənətinin reformisti və realizminin qurucusudur. Onun əsərləri daim dramatik, teatrdakı kimi səhnələşdirilmiş, mübahisəli, populyar və son dərəcə təsirli idi. Rəsmlərindəki işıq və qaranlıq kontrastı isə son dərəcə sustalıqla istifadə edilmişdi. Karavadjionun əsərlərinin Avropanın digər rəssamların müvəffəqiyyət qazanmağında böyük təsiri olub.


“Caravaggio-Opera Omnia” adlı sərgidə Azərbaycanda ilk dəfə olaraq rəqəmsal texnalogiya vasitəsilə rəssamın şah əsərləri reproduksiya olunacaq ki, buarada əsas məqsəd Karavadjionun həyat və yaradıcılığına yeni formatda baxışdır. Sərgidə məşhur rəssamın bütün yaradıcılığını əhatə edən 37 tam ölçülü rəqəmsal sənət əsərləri nümayiş etdirələcək.

Sərgi ilk dəfə İtaliya Xarici İşlər Nazirliyinin dəstəyi ilə 2003-cü ildə təşkil olunub və bir sıra ölkələrdə, sonuncu dəfə isə Gürcüstanda təqdim edilib.