Avropa Mədəniyyəti

Les foleis d’Espagne

2017/07/25 / 156


“Encierros” (öküzlər qarşısında qaçış) bu məşhur tədbirin Pamplonanı davamlı əyləncəyə çevirən ən güclü əsasıdır. İlkin vaxtlarda bu hadisə çobanların sürünü şəhərin periferik hissələrindən kənd təsərrüfatı yarmarkası keçirilən yerə gətirməsi ilə səciyyələnirdi, lakin hal-hazırda bu,850 metrlik yarışmadır, hansı ki, 3000 qaçar öküzlərlə birgə heyvanların gecələdiyi Müqəddəs Dominqo hasarlarından Plaza de Toros-a tərəf istiqamətlənir.Bu, əsl yarışma deyil, çünki burada qalib olmur, əslində isə insanın öküzlər vasitəsi ilə təmsil olunan təbiət qücünə qarşı qalib gəlməsinin simvolizə edən kollektiv ritualdır. Navarre vilayətinin paytaxtı olan Pamplona şəhəri bütün dünyada San Fermin festivalı ilə məşhurdur. Hər il minlərlə insan məşhur “encierros”-un risk və həyəcanını yaşamaq üçünburada görüşürlər.Doqquz gün ərzində ənənəvi qırmızı və ağ rəngli libas geyinərək Pamplona sakinləri və turistlər özlərini buzorakı mərasimə həsr edirlər.San Fermín 6 iyul tarixində günorta vaxtı başlayır. Hal-hazırda tədbirin rəsmi açılışını bildirən və “chupinazo” adlanan raket meydanda toplaşmış insanları sevindirmək məqsədi ilə Town Hall-un eyvanından buraxılır.İlk “encierro” növbəti gün başlayır: səhər saat 8-də Müqəddəs Dominqo meydançasının qapıları açılır və yüzlərlə insan tarixi mərkəzdən keçən və arenada bitən yol ilə öküzlər qaşısında qaçmağa başlayır. 850 metrlik məsafəni qətm etmək üçün ən çox üç dəqiqə çəkən bu qısa, lakin intensiv qaçış, 7-14 iyul tarixləri arasında hər gün təkrarlanır. Qaçış zamanı raket dörd dəfə havaya buraxılır: ilk səs meydança qapılarının açılması, ikinci öküzlərin çıxması, üçüncü (artıq arenada) heyvanların daxil olması, dördüncü isə heyvanların artıq yenidən hasar arxasında olması və yarışın bitməsi barədə xəbər verir. 


 Festival dövründə hər səhər uşaqların əyləncəsi üçün şəhərin mərkəzində nəhənglərin və trolların paradı keçirilir. Mərasim proqramına həmçinin, festivallar, konsertlər, rəqs şouları və əlbəttə ki, korrida daxildir. San Fermin 14 iyul tarixində gecə yarısında hər kəs Town Hall meydanında görüşərək və şam işığında “Pobre de mí” (“Yazıq mən”) mahnısını oxuyaraq bitirilir.

San Fermin şənliyinin kollektiv ritual şəklində qeyd edilməsi ya dini ənənənin, ya da məşhur mədəniyyətin bir parçası kimi qələmə verilir, hansı ki, buradaspirtli içkilər və ləziz yeməklər mərkəzi yer tutur: ailələr və dostlar birgə toplaşaraq öküz buğlaması, pomidorlu donuz əti, içliyi vetçina və pendirlə doldurulmuş bibər və ya qulançar kimi ənənəvi Navarra yeməklərini dadırlar. Bütün yeməklər pivə, yerli şərablar və ya gavalı qrappası olan paçaran ilə birgə təqdim edilir. Həmçinin, Pamplonanın mərkəz restoranları və barları tərəfindən təqdim edilən yerli tapasları da dadmaq ənənə halı alıb. Daha bir ənənə “encierro”-dan sonrakı günün səhərini isti şokolad və çuro ilə başlamaqdır.


DAHA ÇOX MƏLUMAT TOPLAMAQ ÜÇÜN…

http://www.sanfermin.com/en/

http://www.bullrunpamplona.com/

https://www.pamplonaman.com/