Avropa Azərbaycanda

Kuskus və sultan balığı filminin nümayişi

2019/02/19 / 319
Kuskus və sultan balığı (2007) filminin nümayişi
 
60 yaşındakı gəmiqayırma zavodu işçisi Beyci bir anda işsiz qalır. O, boşandıqdan sonra otelin sahibi ilə eyni evdə yaşayır, lakin övladları və keçmiş həyat yoldaşı ilə əlaqəni kəsmir. Öz vəsaiti ilə köhnə bir qayiqda restoran açmağı planlaşdırır. Bu layihəni reallaşdırarkən Beyci yalnız köhnə və yeni ailənin deyil, həmçinin öz dostlarının da köməyinə ehtiyac duyacaq. 
Film Venesiya Film Festivalının münsiflər heyətinin «Grand prix» mükafatına (2007) və  «César» Festivalının 4 mükafatına (20018) layiq qörülüb. 
 
Ssenari: Əbdüllətif Keşiş
 
Rejissor:  Əbdüllətif Keşiş
 
Dil: Fransız  
 
Altyazısı: İngilis
 
Tarix - 22 fevral saat 19.00 
 
Ünvan: “Landmark” otelin -1 mərtəbəsində yerləşən "QAYA" otağı, Nizami küçəsi, 90 A 
 
Filmin müddəti: 150 dəq.
 
Giriş sərbəstdir
 
Treyler:
 
 
Qeyd edək ki, nümayiş  "Fransanın dadı" beynəlxalq qastronomiya festivalı ("Goût de France"/"Good France") çərçivəsində keçirilir.
 
Goût de France  bir daha paytaxtın qurmanlarını sevindirəcək. Bu il Fransanın Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə təşkil olunacaq tədbirdə Bakının beş ən yaxşı restoranı iştirak edəcək. Bunlar "Fly Bar", "Paris Bistro", "Marriott Absheron", "Dinamo Hotel" və "L'Avenue" restoranlarıdır.

Öz beş illik yubileyini qeyd edən "Fransanın dadı" festivalı martın 1-də başlayacaq və martın 16-dək davam edəcəkdir.
Festival ərəfəsində Institut Français d'Azerbaidjan komandası fransız mətbəxinə aid film nümayişləri və müsabiqələr təşkil edəcək. Belə ki, The Landmark otelinin kinoklubunda fevral ayının hər cümə günü Fransanın mətbəxinə həsr olunan bədii və sənədli əsərlər nümayiş olunacaq.
Fransız mətbəxi fransız mədəniyyətinin ayrılmaz bir hissəsidir. Fransız kinematoqrafını isə fransız komediyası olmadan təsəvvür etmək mümkün deyil.