Avropaya səyahət

Kopenhagenə səyahət

2017/08/23 / 260

Tarixi

Danimarkanın paytaxtı Kopenhagen haqqında ilk məlumat 1043-cü ilə aiddir. Daniya dilində işlənən koben-havn sözünün mənası ticarət limanı deməkdir. Çox hissəsi Zellandiya, az hissəsi isə Amager adalarında yerləşən bu şəhərin belə adlandırılmasının əsas səbəbi onun Eresunn boğazının sahilində salınmasıdır. Öz mövcudluğuna görə şəhər həm də siyənək balığına minnətdar olmalıdır. Çünki yuxarıda adlarını çəkdiyimiz adalar arasındakı boğaz da qədimdən balıq ovu ilə şöhrət tapmışdı. Və bu səbəbdən insanlar böyük məmnuniyyətlə onun hər iki sahilində məskunlaşmışdılar. Hal-hazırda isə şəhər əhalisinin sayı 1,5 milyon nəfərdən çoxdur. Dünyada heç bir şəhər Kopenhagen qədər qonaqlarına nağıl danışmır. Hans Xristian Andersonun sayəsində bu məkan nağıl və möcüzə mücəssiməsinə çevrilib. Şəhərin dəyişməz atributlarından biri onun qvardiyasıdır. Onlar 1658-ci ildə kral III Frederikin zamanında təşkil olunub.


Kopenhagendə gəzməli yerlər

«Su pərisi» heykəli 100 ildən artıqdır ki, Danimarkanın simvolu sayılır. 1913-cü ildə salınan bu bürünc abidənin çəkisi 175 kq-dır. Helkəltaraş Edvard Eriksen üçün model rolunda çıxış etməyə onun həyat yoldaşı tanınmış daniyalı balerina Elen Prays razı olub. Buradakı Tivoli dünyanın ən məşhur əyləncə parklarından biri sayılır. Əsası 1843-cü ildə Georq Karstensen tərəfindən qoyulub. Parkda 30-a yaxın səhnəcik nümayiş etdirilir. Ərazisində müxtəlif restoran və kafelər fəaliyyət göstərir. Yeni Havan kanalı isə şəhərin daxilini dənizlə birləşdirmək məqsədilə saray mühəndisi B. Ruzenstin irəli sürdüyü lahiyə əsasında 1641-ci ildə salınıb. Kanalın sahilində yerləşən binaların əksəriyyətinin 300 ilə yaxın yaşı var. H. X. Andersen buradakı 18, 20, 65 nömrəli evlərdə yaşayıb. Sadaladıqlarıımızdan əlavə «Vikinqlərin gəmiləri» (5 gəmi saxlanılır), «Madam Tyusso» (mum fiqurlar), «İnanıram inanmıram» (13 qalereyaya bölünüb və dünyadakı insanların həyatında baş verən ən qeyri-adi hadisələri əks etdirir) adlı muzeylər də var.



  • Ilk olaraq əlbəttə ki, Kopenhagen deyəndə ağıla ilk gələn Nyhaven küçəsi. Küçə kanalın kənarında, rəngarəng düzülmüş binalardan ibarətdir. Əvvəllər bura liman bölgəsi olub və Kopenhagenin əyləncə həyatının ən qaynar hissəsi burada olub. Indi isə sakit cafe, publar küçə boyu sıralanıb. Məşhur danimarkalı nağıl yazarı Hans Kristian Andersen də məhz bu küçədəki 3 evdə yaşayıb-yaradıb. Nyhavna getmişkən Andersenin evinə də baş çəkmək olar. Ev Nyhavn 20 ünvanında yerləşir.
  • İkinci görülməli yer isə Kopenhagenin simvolu olan “kiçik dəniz qızı” heykəlidir. Heykəl Andersenin “Dəniz qızı” əsərindən ilhamlanaraq yaradılıb. Əgər bəxtiniz gətirsə o heykəlin əslini görə bilərsiniz. Çünki bəzən heykəl dünya turuna çıxır, xarici ölkələrdəki sərgilərdə nümayiş etdirilir, yerinə isə heykəlin prototipi qoyulur.
  •                                                                            Kiçik dəniz qızı heykəli
    • Tivoli bağları – Dünyadaki ən qədim 2ci əyləncə parkıdır. Parkın içərisində kafe, restoran, konsert məkanı və müxtəlif cür atraksionlar var. Uşaqla gəzənlər üçün çox ideal bir məkandır. Rəvayətə görə Uolt Disney Disneylendi yaradarkən məhz Tivoli bağlarından ilhamlanıb.
    • Stroeget – Kopenhagenin targovusu. Nəqliyyata qapadılmış alış-veriş küçəsi.
    • Kopenhagen şəhər bələdiyyə binası. Binanın çöl tərəfi nə qədər gözəgəlimlidirsə, içərisi ondan qat-qat daha möhtəşəmdir.
    • Christiansborg sarayı – kiçik bir adanın içində yerləşən kral sarayı. Sarayın içinə girmədən, kənardan baxanda belə skandinav ruhu özünü bəlli edir, mərkəzə də çox yaxındır, mütləq baş çəkilməlidir.
    • Statenmuseum Kunst – Danimarka Milli muzeyi, bir çox muzeylər kimi, bura da giriş ödənişsizdir. Artdan çox anlamasam da içindəki bəzi işlər adamı heyran qoyur.
    • Rosenborg qəsri – qəsr ərazisinə və bağçasına giriş pulsuzdur. Bir də qəsrin içində muzey var ki, sırf sadəcə içindəki taclar və qılınclar üçün belə baxmağa dəyər, giriş haqqı elə də çox deyil.
    • Bizim qurtarıcımız kilsəsi – Danimarkanın ən məşhur kilsəsidir. 1752-ci ildə tikilib, hündürlüyü 90 metrdir və ən hündür nöqtəsinə dırmanmaq üçün 400 pilləkən qalxmalısınız. Son 150 pilləkən açıq havadadır. O pilləkənlərin ən sonuncusuna çıxıb Kopenhageni ayaqlarınızın altında görə bilərsiniz.
    • Fredericks kirxası (Mərmər kilsə) – İnteryeri indiyənə kimi gördüyüm ən gözəl kilsələrdəndir. İçərisində mötəşəm abu-hava var.
    • Son nöqtəni əlbəttə ki, Carlsbergin zavoduna baş çəkməklə qoya bilərsiniz. Zavod mərkəzdən bir az kənarda yerləşir amma gedib zavodu, muzeyi görməyə və mənbəyindən bir daniş pivəsi içməyə dəyər 

Danimarka mətbəxi

Daniya mətbəxinin əsasını smorrebrot (hərfi mənası yağ çörəkdir) adlanan sendviç təşkil edir. Onlar yağ, ət və pendir dilimləri ilə süfrəyə verilir. Bir qayda olaraq, stol arxasında yeyilməlidir. Kopenhagendə müxtəlif balıq, ət, isti xörəklər, pendir və konfetlərdən ibarət koldt bord adlanan bufet səhər yeməyi də məşhurdur. Morgen-complet və ya adi səhər yeməyi qəhvə (çay), çörək, pendir, yumurta və peçenyedən ibarətdir. Daniyalılar müxtəlif xörəkləri bir- birinə qarışdırmır, onları xüsusi ardıcıllıqla yeyirlər. Coğrafi mövqeyini nəzərə alsaq, Danimarkanın mətbəxində mollyusk da mühüm rol oynayır. Burada bişirilən xörəklərdə əsasən balıq, ət və kartofdan istifadə olunur. 
Ənənəvi xörəkləri isə bunlardır: qravad leks (şirin xardal sousunda verilən cəfərili duzlu qızılbalıq), xvid labskovs (mal əti və kartofdan hazırlanan raqu ilə dəfnə yarpağı), vinebrot (bütün dünyada tanınan daniya bişməsi). Burada içilən qəhvənin də öz yeri var. Ənənəvi xörəklərdən başqa Avropa mətbəxinə aid təamların da dadına baxa bilərsiniz.


Danimarkalılar haqqında

Daniyalılar həm şən, həm də fikirli də ola bilirlər. Lakin səbirli insanlardırlar. Həyatlarında sevdikləri 3 şey var: pivə, doğma şəhər Kopenhagen və şahzadələri. Onlar hər il şahzadənin doğum gününü milli bayram səviyyəsində qeyd edir və onun Amalienborq sarayının eyvanına çıxmasını böyük səbirsizliklə gözləyir və öz gözləri ilə bu səhnəni görməkdən məmun qalırlar. Şəhər sakinlərinə qədim evlərin divarlarının rəngini dəyişmək və fasadlarında bərpa işləri aparmaq qadağan olunub. Digər tərəfdən daniyalılar öz keçmişlərinə həmişə hörmətlə yanaşdıqları üçün qədim məhəllə və küçələrin görünüşünü, eləcə də atmosferini heç zaman dəyişmirlər. Axı, dənizçilərin xanımları həyat yoldaşlarını dənizə yola salanda pəncərənin qarşısına it və pişik heykəlcikləri qoyurdular. Onlar qayıdana kimi həmin heykəlciklərin üzlərini çevirmirdilər. Şimali Avropa sakinləri üçün daniyalılar temperamentli cənublular, Kopenhagen isə cənubi paytaxt şəhəridir. Ev sahibi üçün ən böyük kompliment ona gözəl və rahat istirahətə görə minnətdarlıq etməkdir.

Müəllif: Pünhan Sultanov